Yelo Bank-ın aktivləri 800 mln manata çatır

Yelo Bank-ın aktivləri 800 mln manata çatırYelo Bank 2022-ci ilin üçüncü rübü üzrə maliyyə hesabatını açıqladı. Bank əsas maliyyə göstəriciləri üzrə pozitiv artım dinamikasını qorumaqla rübü tamamlayıb. Belə ki, cari ilin əvvəlindən Bank 3.2 mln manat xalis mənfəət əldə edib. Hesabata görə üçüncü rübün sonunda Bankın cəmi aktivləri 795 milyon manatı ötüb. 
Həm biznes, həm də istehlak kredit portfelində müsbət artım tendensiyası bu rüb də davam edib. İlin əvvəlindən Yelo Bank-ın kredit portfeli 134 mln manat artaraq 580 mln manat olub. Bu müddət ərzində portfelin mühüm hissəsini təşkil edən biznes kreditlərinin həcmi 362 mln manata çatıb. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 60% artım deməkdir. Qeyd edək ki, kredit portfeli əsasən mikro, kiçik və orta sahibkarların maliyyələşdirilməsi hesabına artıb.
Hesabat dövründə 6 mindən çox müştəriyə 53 mln manat istehlak krediti verilib. Bu satışın 33%-i onlayn kanallar vasitəsilə həyata keçirilib. Nəticədə il ərzində ümumi istehlak kredit portfelinin həcmi artaraq 200 mln manata yüksəlib.
Bu dövr üzrə əmanət portfelində də artım müşahidə olunur. İlin əvvəlindən 6 mindən çox müştəri 215 mln manatdan çox vəsaitini Yelo Bank-a etibar edib. Nəticədə Bankın depozit portfeli 36%-lik çoxalma ilə 550 mln manatı keçib. 
Eyni zamanda hesabat dövrü ərzində Bankın faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 35% artaraq 62 mln manata çatıb.
Hazırda Bankın məcmu kapitalı 93 mln manat təşkil edir. Bu göstərici də requlyativ tələbdən 43 mln manat çox olmaqla Bankın güclü kapital dayanıqlığını ifadə edir. Məcmu kapitalın adekvatlıq əmsalı 13.93%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 8.44% olmaqla, hər iki göstərici üzrə tələb olunan normanı üstələyir.  
Yelo Bank-ın uğurları bununla bitmir. Nağdsız əməliyyatların stimullaşdırılması istiqamətində Bank cari il ərzində mühüm layihələr və xidmətlər təqdim edib. Bütün bunların nəticəsi olaraq 2022-ci ilin əvvəlindən Bankın nağdsız ödəmə dövriyyəsi 70%-dək çoxalıb. Kart hesabındakı qalıq vəsaitlərin həcmi isə ikiqat artıb. Bu tədbirlərin davamı kimi Yelo Bank il sonunadək daha bir neçə innovativ funksionallıqların təqdim etməyi planlaşdırır.
Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq! / banker.az

Banklar     Tarix: 26 oktyabr 2022

Oxşar xəbərlər

Azərbaycanda kiber risklər üzrə sığorta haqlarının məbləği açıqlanıb

Bu il Azərbaycanda kiber risklər üzrə 231 min 210 manat sığorta haqqı toplanılıb. Bu barədə  Azərbaycan Mərkəzi Bankından bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, indiyə qədər həmi

Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu

Reys başlamazdan əvvəl yoxlama ödənişi üçün növbə gözləmək artıq keçmişdə qalır. Yelo Bank İnternet Bankçılıq vasitəsilə sərnişin və yükdaşıma avtomobillərinin reysqabağı yoxlama ödənişini onlayn edir və yeni imkanla ƏDV-l

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Azərbaycanda pul bazası 25 milyard manatı ötüb

2026-cı il oktyabrın 30-na Azərbaycanda pul bazasının həcmi 25 milyard 146,1 milyon manata yüksəlib. Bu, sentyabrın sonundakı 24 milyard 817,9 milyon manatla müqayisədə 328,2 milyon manat və ya 1,3% çoxdur. xəbər verir ki

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Bank yeni konseptli ilk filialı ilə Gəncədə

Ölkənin birinci bankı Kapital Bank rəqəmsal bankçılığın imkanlarını fiziki məkanın üstünlükləri ilə birləşdirən yeni filial formatını təqdim edib. Yeni formatda ilk filial isə Gəncə şəhərində açılıb. Yeni konseptin üstünlüy

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı


iqtisadi xeberler investisiya valyuta mezennesi internetden pul qazanmaq birbank