Yelo Bank-ın dəstəyi ilə Avropa Gənclər Parlamentinin görüşü keçirilib
®Yelo Bank-ın təşkilati dəstəyi ilə Avropa Gənclər Parlamentinin (AGP) sessiyası keçirilib. Bankın Baş ofisinin tədbir zalında baş tutmuş görüşdə xarici tələbələr də daxil olmaqla 150-dən çox fəal və təşəbbüskar AGP üzvü iştirak edib. Görüşdə iqtisadi və sosial məsələlər, gender bərabərliyi, qida təhlükəsizliyi, texnologiya və s. üzrə gündəmdə olan ictimai məsələlər müzakirə edilib. Bu sahələr üzrə 8 komitənin birgə əməyi nəticəsində hazırlanmış yekun təkliflər paketi Baş Assambleya formatında ümumi müzakirəyə çıxarılıb.
Qeyd edək ki, Yelo Bank Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində gənclərin inkişafına yönəlmiş layihələrə dəstək olur. Bu strategiya çərçivəsində Bank bir sıra yerli və beynəlxalq gənclər təşkilatları ilə aktiv əməkdaşlıq edir. Əsas məqsəd gənclərimizi bu kimi maarifləndirici tədbirlərə cəlb etmək və onların şəxsi inkişaflarına töhfə verməkdir. Baş ofisin müasir texniki avadanlıqlarla təchiz olunmuş və 400-ə yaxın auditoriyanı əhatələyən tədbir zalında Bankın daxili tədbirləri ilə yanaşı, maarifləndirici və sosial bir sıra tədbirlərin keçirilməsinə də dəstək göstərilib.
Bank xidmətləri, həmçinin debet kart () haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!

/ banker.az

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Dünyada ən çox oxunan 5 kitab
Start-up nədir?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Dünyanın ən varlı 10 müğənnisi