Yelo Bank təmiz Xəzər naminə ekoloji aksiya keçirib
®Korporativ sosial məsuliyyət Yelo Bankın strategiyasının ayrılmaz hissəsidir. Bu dəfə Bank ölkədə ekoloji mühitin inkişafı istiqamətində həyata keçirilən tədbirlərə dəstək məqsədilə Novxanı çimərliyi ərazisində təmizlik aksiyası həyata keçirib. Onlarla Yelo Bank əməkdaşının qoşulduğu aksiya zamanı sahilyanı ərazi tullantılardan təmizlənib. Nəticədə 3 tona yaxın tullantı yığılıb. Daha sonra tullantılar çeşidlənərək xüsusi konteynerlərə yerləşdirilməsi üçün təhvil verildi.
Yelo Bank yaşadığımız cəmiyyətin inkişafına, ətraf mühitin qorunmasına xüsusi önəm verir. Artıq ənənə halını almış bu ekoloji aksiyanın əsas məqsədi milli sərvətimiz olan Xəzəri qorumaq, təbiətə qarşı məsuliyyət və qayğı hisslərini aşılamaqdır. Aksiyada təkcə Yelo əməkdaşları deyil, onların ailə üzvləri də iştirak edirdilər. Qeyd edək ki, Bank bu cür təşəbbüsləri dəstəkləməyi və daha da genişləndirməyi planlayır.
Bank xidmətləri, eləcə də mikro kredit haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!



/ banker.az

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Swift nədir?
Proqramçılar üçün TOP-5 Freelance sayt
Elon Musk kimdir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Biznes nədir və hansı növləri var?