Yelo IT Lab proqramı yekunlaşdı

Yelo IT Lab proqramı yekunlaşdı®Yelo Bank mütəmadi olaraq gənclərin peşəkarlar kimi yetişdirilməsi üçün müxtəlif layihələr reallaşdırır. Sürətlə inkişaf edən İT sahəsi üzrə mütəxəssislərə tələbin hər gün daha da artmasını nəzərə alan Yelo Bank-ın başladığı "IT Lab" proqramı yekunlaşıb.
Layihə çərçivəsində İT sahəsinə marağı olan və gələcək karyerasını bu istiqamətdə qurmaq istəyən potensiallı 35 gənc üç ay ərzində nəzəri biliklər əldə etməklə yanaşı, "Agile" metodologiyasında real iş mühiti ilə də tanış oldular. 
Proqram maliyyə və İT üzrə 20 ildən çox beynəlxalq təcrübəyə malik «GNI Software» şirkəti ilə birgə həyata keçirilib. Proqramın birinci hissəsində Yelo Bank-ın və «GNI Software» şirkətinin ixtisaslı komandası tərəfindən sahə üzrə zəruri olan nəzəri təlimlər keçirilib. Proqramın ikinci hissəsində isə öyrənilmiş biliklərin tətbiqinə xüsusi şərait yaradılıb. İştirakçılar Bankın fəaliyyətində yaxından iştirak edib, onlara tapşırılan işləri uğurla yerinə yetirib, müasir korporativ mühitlə yaxından tanış olublar. 
Proqramın sonunda keçirilən bağlanış tədbirində bütün iştirakçılar sertifikat və tövsiyə məktubları ilə təltif edilib. Qeyd edək ki, proqramın ən fəal iştirakçıları Bankın müvafiq departamentlərində işlə təmin olunacaqlar. Onlardan biri olan Aysu Tağızadə layihə haqqında öz fikirlərini bölüşdü: "Yelo IT Lab ilk qatıldığım təcrübə proqramıdır. Hər zaman mehriban və gəncləri irəli aparan komanda sayəsinsə SQL-i sıfırdan öyrəndim. Yelo Bank-ın təmin etdiyi bütün imkanları dəyərləndirdim, nəticədə karyeramın ilk fürsətini qazandım."
Digər iştirakçı, eyni zamanda proqramı fərqlənmə ilə tamamlayan Şərəbiddin Əhməyev də təəssüratlarını belə ifadə etdi: "Proqrama seçildiyimdə təməl biliklərə sahib idim. Buradakı professional iş mühiti sayəsində biliklərimi artırdım, həm də praktiki olaraq inkişaf etdirdim. Yelo Bank-da ən müsbət cəhətlərdən biri boş vaxtlarımı səmərəli dəyərləndirə bilməyim üçün istirahət zonalarının mövcudluğu idi. Şadam ki, hazırda parlaq Yelo ailəsinin bir üzvüyəm."
Abuzər Kərimzadə də Yelo IT Lab sayəsində iş imkanı əldə etmiş gənclərdən biridir: "Peşəkar heyət 3 ay boyunca proqram materialını tam informativ çatdıra bildi. Bura netvörkinq üçün əla fürsətdir. Ən əsası proqram boyunca bizim istəklərimiz dinlənilir və nəzərə alınırdı. Kollektivin gənclərə isti yanaşması, mentorların xüsusi diqqətindən aldığım motivasiya sayəsində bu gün Yelo Bank üzvüyəm. Təşkilatçılara ürəkdən təşəkkür edirəm."
Qeyd edək ki, Yelo Bank gənclər üçün ilin sonunadək daha bir neçə karyera layihələrinin həyata keçirilməsi planlaşdırılır. Gələcək layihələrlə bağlı ətraflı məlumat üçün sosial şəbəkələrdə Yelo Bank və Yelo Team səhifələrini izləyə bilərsiniz. 
Bank xidmətləri, o cümlədən avto kredit haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!
Yelo IT Lab proqramı yekunlaşdıYelo IT Lab proqramı yekunlaşdıYelo IT Lab proqramı yekunlaşdıYelo IT Lab proqramı yekunlaşdı/ banker.az

Banklar     Tarix: 28 sentyabr 2022

Oxşar xəbərlər

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır

"İpək Yolu Sığorta" ASC nizamnamə kapitalını 15 milyon 242 min 500 manat və yaxud 2 dəfə artıraraq 14 milyon 770 min manatdan 30 milyon 012 min 500 manata çatdırmağı planlaşdırır. Kapital artımı qurumun dövriyyəd

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"


iqtisadi xeberler dollarin kursu bu gun dollar məzənnəsi investisiya depozit faizleri