"Yeni mikromaliyyə modelinin yaradılması nəzərdə tutulur"
Azərbaycanda yeni mikromaliyyə modelinin yaradılması nəzərdə tutulur.
Bunu Azərbaycan Mərkəzi Bankını (AMB) Baş direktoru Toğrul Əliyev Bakıda keçirilən "Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər" mövzusunda Azərbaycan Mikromaliyyə Konfransında bildirib.
Onun sözlərinə görə, bu, "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası" çərçivəsində nəzərdə tutulur.
"Qabaqcıl beynəlxalq təcrübə əsasında yeni mikromaliyyə sektorunda fəaliyyət göstərən instutlara əlavə maliyyə xidmətləri göstərmək imkanının yaradılması və bununla da onların rəqabət qabiliyyətliliyinin artırılması hədəflənir. Sözsüz ki, bu təşəbbüslərin mərkəzində ölkəmizdə mikro və kiçik sahibkarlığın inkişafı dayanır", - deyə o qeyd edib.
"Strategiyamızda dayanıqlı mikromaliyyə və BOKT modellərinin araşdırılması, mikromaliyyə instutlarının gücləndirilməsi, biznes modellərinin təkmilləşdirilməsi, buna yönəlik təşəbüsslərin icrası, hüquqi-tənzimləyici mexanizmlərin hazırlanması, maliyyələşmə mənbələrinin diversifikasiyası kimi layihələr nəzərdə tutulub. Hazırda strategiyamızın icrası davam edir. İnanırıq ki, birgə səylərimiz nəticəsində mikromaliyyə sektorunun dayanıqlılığı təmin ediləcək", - AMB rəsmisi əlavə edib.
© "Report"

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Mcdonalds françayzinqi neçiyədir?
CV hazırlayarkən buraxılan 5 səhv
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Shopify-da necə satışa başlamaq olar?
Start-up nədir?