Zəng edənin bank əməkdaşı olub-olmadığını yoxlaya bilərsiniz - BANKDAN YENİLİK
Ölkənin birinci bankı Kapital Bank kiberdələduzluqla mübarizə üsullarını genişləndirir. Bank bu dəfə Birbank mobil tətbiqinə yeni funksionallıq gətirib. Artıq müştərilər bank tərəfindən gələn zəngin həqiqətən də banka aid olub olmadığını yoxlaya biləcəklər. Belə ki, müştəriyə bank adından zəng gəldiyi halda o, zəng edən şəxsdən Birbank tətbiqinə bildiriş göndərilməsini tələb edə bilər.
Bu yenilik xüsən dələduzluqla mübarizədə istifadəçilərin köməyinə çatacaq. Belə ki, sizə Kapital Bank və ya Birbank adından zəng gələr, hər hansısa məhsul təklif olunar və ya kartınızla bağlı problem, hesabınızdan pul çıxarılmağa cəhd olunduğu deyilərsə dərhal aşağıdakı addımları atın.
Zəng edən şəxsdən Birbank mobil tətbiqinə bildiriş göndərilməsini tələb edin. Unutmayın bildiriş yalnız Birbank mobil tətbiqnə göndərilə bilər.
Daha sonra telefonunuzdakı mobil tətbiqə daxil olun.
Zəng edən şəxs həqiqətən bank əməkdaşıdırsa mobil tətbiqdə bunu təsdiq edən bildiriş alacaqsınız. Bildirişdə qeyd edilir: "Dəyərli Birbanklı, bank məhsulunu təklif edən şəxsin bankımızın əməkdaşı olduğunu təsdiq edirik. Bizə güvəndiyiniz üçün təşəkkür edirik".
Mobil tətbiqdə bildiriş aldığınız təqdirdə zəng edən şəxslə danışığınızı davam etdirə bilərsiniz. Əks halda zəngi dərhal sonlandırın.
Bir daha xatırladırıq ki, bank adından edilən zənglərə qarşı həssas yanaşmaq mütləqdir. Unutmayın ki, heç bir bank əməkdaşı müştəriyə xarici nömrədən, sosial şəbəklərdən zəng edə bilməz. Müştəridən kartın son istifadə tarixini, kartın arxasında olan 3 rəqəmli CVV kodu, xüsusən mesajla göndərilən 4 rəqəmli təhlükəsizlik kodunu, yəni OTP kodu istəyə bilməz. Şübhəli hallarla qarşılaşdığınız zaman dərhal müştərisi olduğunuz bankın qaynar xəttinə xəbərdarlıq edin. Hər hansı şübhəli mesaj, zəng və ya sosial media hesabını görsəniz, dərhal müvafiq qurumlara və müştərisi olduğunuz banka bildirin. Beləliklə, başqalarının da kiberdələduzların hədəfinə çevrilməsinin qarşısını ala bilərsiniz.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – , Birbank kartı sifarişi üçün – .
/ marja.az

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
ƏDV geri al və onun üstünlükləri
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Kriptovalyuta nədir?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
SEO nədir və Google axtarışda necə 1-ci olaq?