"Ziraat Bank Azərbaycan" 6 milyon manatdan çox mənfəət edib
"Ziraat Bank Azərbaycan" ASC 2023-cü ilin III rübünü 6 milyon 414 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə bankın mənfəəti 6 milyon 181 min manat təşkil edib ki, bu da illik müqayisədə 4% artım deməkdir.
Banker.az bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.
Yanvar-sentyabr aylarında "Ziraat Bank Azərbaycan"ın gəlirləri 42 milyon 199 min manat (illik müqayisədə 43% çox), xərcləri 24 milyon 177 min manat təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il oktyabrın 1-nə "Ziraat Bank Azərbaycan"ın aktivləri 711 milyon 727 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 35% çoxdur. Bunun 357 milyon 882 min manatı müştərilərə verilmiş kreditlərdir.

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Ən çox gəlir gətirən onlayn bizneslər
Biznes planı necə yazmaq lazımdır?
Biznesə aid ən yaxşı 10 kitab
ƏDV geri al və onun üstünlükləri