"Ziraat Bank Azərbaycan" daha 15 milyon manatlıq istiqraz buraxmağa hazırlaşır
"Ziraat Bank Azərbaycan" ASC yaxın zamanda daha 15 milyon manat həcmində istiqraz emissiyasını investorlara təqdim etməyi planlaşdırır.
Marja.az xəbər verir ki, bu barədə Bankın İdarə Heyətinin sədri Dr. Selçuk Demir "Ziraat Bank Azərbaycan"ın istiqrazlarının Bakı Fond Birjasında ticarətə buraxılmasına həsr olunmuş "Açılış Zəngi" tədbirində bildirib.
Onun sözlərinə görə, Bank qarşıdakı dövrdə Azərbaycanın kapital bazarında iştirakını daha da genişləndirmək və qiymətli kağız emissiyalarını uzunmüddətli maliyyələşdirmə strategiyasının əsas alətlərindən birinə çevirmək niyyətindədir.
Beləliklə, planlaşdırılan ikinci emissiyanın da həcmi 15 milyon manat təşkil edəcək. Yeni istiqrazların faiz dərəcəsi, tədavül müddəti və yerləşdirmə şərtləri barədə hələ məlumat açıqlanmayıb.
Qeyd edək ki, "Ziraat Bank Azərbaycan"ın ilk dəfə həyata keçirdiyi 15 milyon manatlıq istiqraz emissiyasına investorlar tərəfindən yüksək tələb qeydə alınıb. İstiqrazlara investorlar tərəfindən 60,6 milyon manatlıq sifariş verilib. Bu, təklif edilən istiqrazların ümumi həcmindən 4 dəfədən çox yüksəkdir.
İstiqrazlara ümumilikdə 144 investor maraq göstərib. Bank tələbin emissiya həcmindən əhəmiyyətli dərəcədə yüksək olmasını investorların onun maliyyə dayanıqlılığına, etibarlılığına və gələcək inkişaf perspektivlərinə inamının göstəricisi kimi qiymətləndirib.
İlk emissiya çərçivəsində buraxılan istiqrazların ümumi nominal dəyəri 15 milyon manatdır. Qiymətli kağızların tədavül müddəti 12 ay, illik faiz dərəcəsi 10,5% təşkil edir. Kupon ödənişləri hər üç aydan bir həyata keçiriləcək. Bir istiqrazın nominal dəyəri və minimum investisiya məbləği 100 manat müəyyən edilib.
26 avqust 2026-cı il tarixində Bakı Fond Birjasında keçirilən "Açılış Zəngi" mərasimi ilə istiqrazların birjanın ticarət platformasında dövriyyəsinə rəsmi start verilib.
Dr. Selçuk Demir bildirib ki, istiqraz emissiyası Bank üçün yalnız vəsait cəlb edilməsi əməliyyatı deyil, eyni zamanda maliyyələşmə mənbələrinin şaxələndirilməsi, kapital bazarındakı mövqeyin gücləndirilməsi və yeni investorlarla uzunmüddətli münasibətlərin qurulması baxımından strateji əhəmiyyət daşıyır.

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Bitcoin nədir?
SWIFT nədir?
ZARA-nın uğur hekayəsi
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Elon Musk kimdir?