Ziraat Bank Azərbaycandan Yaşıl Avto Krediti ilə təbiətsevər addım

Ziraat Bank Azərbaycandan Yaşıl Avto Krediti ilə təbiətsevər addım®Daima müştərilərinə geniş məhsul çeşidləri təqdim edən  Ziraat Bank Azərbaycan, bu dəfə də  avtomobil almaq istəyən müştərilərini sevindirdi. Bank, ətraf mühiti qoruyaraq, təbiətə heç bir qalıq yanacaq buraxmadan və karbon emissiyası olmadan fəaliyyət göstərən Elektrik və Hibrid mühərrikli avtomobillərə əlçatanlığının asanlaşdırılması məqsədi ilə yaradılan Yaşıl Avto Kredit məhsulunu təqdim edib. 
Yaşıl Avto Kredit məhsulu ilə Ziraat Bank Azərbaycan, bərpa olunan enerji baxımından təbiət dostu olan Elektrik və Hibrid mühərrikli avtomobillərin alışının təşviqini nəzərdə tutub. Həm təbiətin qorunmasına qayğı ilə yanaşan, həm də avtomobil sahibi olmağı arzu edən müştərilərə xitab edən bu məhsul ilə ətraf mühitə zərərin maksimum azaldılmasını və gələcək nəsillərə daha yaşanılabilər bir dünya bəxş etmək məqsədini hədəfləyən Bank, təbiətsevərlərin avtomobil arzusuna çatmalarını təklif etdiyi sərfəli kredit şərtlərilə asanlaşdırıb.
Bankın verdiyi məlumata əsasən  kredit istər yeni, istərsə də ikinci əl Elektrik və Hibrid mühərrikli avtomobillər üçün təqdim olunur. Beləliklə, avtomobil sahibi olmaq istəyən şəxslər Elektrik mühərrikli avtomobilləri 48 ayadək, Hibrid mühərrikli avtomobilləri isə 36 ayadək ödəmə müddəti və sərfəli faiz dərəcələri ilə Ziraat Bank Azərbaycana müraciət edərək arzularını reallaşdıra bilərlər. Qeyd edək ki, Elektrik mühərrikli avtomobillər üzrə kreditin maksimal məbləği istehsal tarixindən asılı olaraq avtomobilin dəyərinin 90%-dək, Hibrid mühərrikli avtomobillərdə isə avtomobilin istehsal tarixindən asılı olaraq nəqliyyatın dəyərinin 60%-dən 80%-dək təşkil edir.
Təbiət dostu olan Ziraat Bank Azərbaycanın Yaşıl Avto Kredit məhsulundan faydalanmaq istəyən şəxslər lazımi sənədlərlə Bankın filiallarına yaxınlaşaraq müraciət edə bilərlər.
"Ziraat Bank Azərbaycan" ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan "Ziraat Maliyyə Qrupu"-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir. 
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz. / banker.az

Banklar     Tarix: 16 mart 2023

Oxşar xəbərlər

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

Kino biletləri də ABB mobile tətbiqində

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas


iqtisadi xeberler dollar mezenne avtomobil xeberleri kicik biznes bitkoin qiymeti