Ziraat Bank Azərbaycanın ilk istiqraz emissiyası üçün "Açılış Zəngi" çalınıb

Ziraat Bank Azərbaycanın ilk istiqraz emissiyası üçün ®26 avqust 2026-cı il tarixində Bakı Fond Birjasında "Ziraat Bank Azərbaycan" ASC-nin istiqrazlarının ticarətə buraxılmasına həsr olunmuş "Açılış Zəngi" tədbiri keçirilib.
Tədbirdə "Ziraat Bank Azərbaycan" ASC-nin, Bakı Fond Birjasının, "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-nin, nümayəndələri, investorlar və digər qonaqlar iştirak ediblər.
"Ziraat Bank Azərbaycan"ın 15 milyon manat həcmində istiqraz emissiyasına bazardan  60.6 milyon manat, yəni emissiya məbləğinin 4 mislindən çox tələb daxil olub. Tələbin təklifi əhəmiyyətli dərəcədə üstələməsi investorların Bankın maliyyə dayanıqlılığına, etibarlılığına və gələcək inkişaf perspektivlərinə olan inamını nümayiş etdirir. Eyni zamanda, 144 investorun istiqrazlara maraq göstərməsi emissiyanın geniş investor auditoriyasını əhatə etdiyini, eləcə də Azərbaycanda alternativ və proqnozlaşdırıla bilən investisiya alətlərinə marağın artdığını göstərir.
Tədbirdə çıxış edən "Ziraat Bank Azərbaycan" ASC-nin İdarə Heyətinin sədri Dr. Selçuk Demir emissiyanın Bank üçün yalnız maliyyələşdirmə əməliyyatı deyil, eyni zamanda kapital bazarlarındakı mövqeyini gücləndirən, maliyyə mənbələrini şaxələndirən və yeni investorlarla uzunmüddətli əlaqələr qurmağa imkan yaradan strateji addım olduğunu bildirib. O
Dr. Selçuk Demir, həmçinin yaxın zamanda 15 milyon manat həcmində ikinci istiqraz emissiyasının investorlara təqdim edilməsinin planlaşdırıldığını qeyd edib. Bank qarşıdakı dövrdə kapital bazarlarında daha fəal iştirak etməyi və qiymətli kağız emissiyalarını uzunmüddətli maliyyələşdirmə strategiyasının mühüm alətlərindən birinə çevirməyi hədəfləyir.
Tədbirin sonunda "Ziraat Bank Azərbaycan", Bakı Fond Birjası, "PAŞA Kapital İnvestisiya Şirkəti" nümayəndələrinin iştirakı ilə istiqrazların birjada ticarətə buraxılmasını simvolizə edən açılış zəngi çalınıb. Bununla da istiqrazların Bakı Fond Birjasının ticarət platformasında dövriyyəsinə rəsmi start verilib.
Qeyd edək ki, istiqrazların ümumi həcmi 15 milyon manat, tədavül müddəti 12 ay, illik faiz dərəcəsi isə 10,5% təşkil edir. Kupon ödənişləri hər rüb həyata keçiriləcək. Bir istiqrazın nominal dəyəri və minimum investisiya məbləği 100 manatdır.
"Ziraat Bank Azərbaycan" ASC, 162 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Ziraat Bank Azərbaycanın ilk istiqraz emissiyası üçün Ziraat Bank Azərbaycanın ilk istiqraz emissiyası üçün Ziraat Bank Azərbaycanın ilk istiqraz emissiyası üçün / banker.az

Banklar     Tarix: 27 avqust 2026

Oxşar xəbərlər

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə


iqtisadi xeberler dollarin kursu bu gun dollar manat kursu internetden pul qazanmaq investisiya