1 milyard manata yaxın əməliyyat mənfəəti - BANK SEKTORUNUN GÖSTƏRİCİLƏRİ AÇIQLANDI

1 milyard manata yaxın əməliyyat mənfəəti - BANK SEKTORUNUN GÖSTƏRİCİLƏRİ AÇIQLANDIAzərbaycan Mərkəzi Bankı bank sektoru üzrə əsas göstəriciləri açıqlayıb.
· 30 sentyabr 2022-ci il tarixinə fəaliyyət göstərən 26 bankın filiallarının sayı 481, şöbələrinin sayı 93, ATM-lərin sayı 2964 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.8% (169 nəfər) artaraq 22116 nəfər təşkil etmişdir.
· Fəaliyyətdə olan bankların cəmi aktivləri 43 milyard 633.4 milyon manat, cəmi öhdəlikləri 38 milyard 288.3 milyon manat, balans kapitalı 5 milyard 345.1 milyon manat olmuşdur. 2022-ci ilin sentyabr ayında bankların cəmi aktivləri və balans kapitalı 2.9%, cəmi öhdəlikləri müvafiq olaraq 3.1% artmışdır. Sektorun aktivlərinin 40.8%-i (10 milyard 460.5 milyon ABŞ dolları ekv.), öhdəliklərinin isə 45%-i (10 milyard 126.7 milyon ABŞ dolları ekv.) xarici valyutadadır.
· Kredit portfelinin artım trendi sentyabr ayında da davam etmişdir. Bankların kredit portfeli sentyabr ayında 2.8% (518.5 milyon manat) artaraq 19 milyard 157.2 milyon manat olmuşdur. Bankların cəmi kredit portfelində biznes kreditlərinin payı 56.3% (10 milyard 780.9 milyon  manat) təşkil etmişdir. Ümumilikdə, cari ilin 9 ayında bankların kredit portfeli 15% və ya 2 milyard 498.1 milyon manat artmışdır.
· Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı 3.3% təşkil etmişdir. Qeyd olunan göstərici ilin əvvəlinə nəzərən 0.9 faiz bəndi, ötən ilin müvafiq dövrünə nəzərən isə 2.2 faiz bəndi azalmışdır.
 · Öhdəliklərin strukturunda depozit portfeli ənənəvi olaraq üstünlük təşkil edir – cəmi öhdəliklərin 82%-i və ya 31 milyard 373.7 milyon manat. Depozit portfeli sentyabr ayında 3.1% (936.5 milyon manat) artmışdır. Depozit portfelinin 65%-ni hüquqi şəxslərin depozitləri, 35%-ni fiziki şəxslərin depozitləri (əmanətlər) təşkil edir.
· Hesabat ayında bankların əmanət portfeli (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) 3.4% (361 milyon manat) artaraq 10 milyard 993 milyon manat təşkil etmişdir. Əmanət portfelinin 54.3%-i (5 milyard 964.2 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 17 milyard 992.3 milyon manat olmaqla (ay ərzində artım 3.4% və ya 590.3 milyon manat), hüquqi şəxslərin cəmi depozit portfelinin (20 milyard 380.7 milyon manat) 88.3%-ni təşkil etmişdir.
 · Fiziki şəxslərin əmanətlərinin dollarlaşması sentyabr ayında əvvəlki aya nəzərən 0.5 faiz bəndi, ötən ilin müvafiq dövrünə nəzərən isə 4.4 faiz bəndi azalaraq 39.2% təşkil etmişdir.
· 2022-ci ilin 9 ayında banklar 683.2 milyon manat xalis mənfəət, 976.9 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. İlin əvvəlindən banklar tərəfindən ümumilikdə 157 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir (ötən ilin müvafiq dövri ilə müqayisədə 67% və ya 63.2 milyon manat daha çox). / marja.az

Banklar     Tarix: 28 oktyabr 2022

Oxşar xəbərlər

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu

Kino biletləri də ABB mobile tətbiqində

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır

"İpək Yolu Sığorta" ASC nizamnamə kapitalını 15 milyon 242 min 500 manat və yaxud 2 dəfə artıraraq 14 milyon 770 min manatdan 30 milyon 012 min 500 manata çatdırmağı planlaşdırır. Kapital artımı qurumun dövriyyəd

PAŞA Həyat-ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova: "İdman hər kəs üçün bərabər imkan olmalıdır

"PAŞA Həyat"ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova ilə şirkətin "EDJC 2026"nın (Eşitmə Məhdudiyyətli İdmançıların Avropa Cüdo Çempionatı) baş sponsoru olması ilə əlaqədar müsahibə. - Ülviyyə xanım

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur


iqtisadi xeberler valyuta kurslari bitcoin qiymeti birbank telefonla pul qazanmaq