200-ə yaxın sığorta vasitəçisinin lisenziyasının qüvvəsi dayandırılıb

200-ə yaxın sığorta vasitəçisinin lisenziyasının qüvvəsi dayandırılıbAzərbaycan Mərkəzi Bankı (AMB) 8 fiziki şəxsə verdiyi sığorta brokeri, 155 fiziki və 21 hüquqi şəxsə isə verdiyi sığorta agenti lisenziyalarının qüvvəsini 3 ay müddətinə dayandırıb.
Bu barədə tənzimləyici qurumdan bildirilib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Məlumata görə, bu qərar iyulun 6-da "Sığorta fəaliyyəti haqqında" qanuna uyğun olaraq qəbul edilib. Lisenziyaların qüvvəsi rüblük hesabatın vaxtında təqdim edilməməsinə görə dayandırılıb.
"Sığorta fəaliyyəti haqqında" qanuna görə sığorta vasitəçiləri rüb başa çatdıqdan sonra 20 gün müddətində AMB-yə onun müəyyən etdiyi formada hesabat təqdim etməlidirlər. Lisenziyasının qüvvəsi dayandırılmış vasitəçilər bu ilin I rübü üzrə hesabatı quruma təqdim etməyib. Qanuna əsasdən, bu halda sığorta vasitəçisinin lisenziyasının qüvvəsi 6 aya qədər müddətə dayandırıla bilər. Həmin sığorta vasitəçilərinin hər birinə barələrində inzibati icraatın başlanılması ilə bağlı bildirişlər göndərilib, həmin şəxslər AMB-yə görüşə dəvət edilib. Görüş iştirakçılarına lazımi tədbirlərin görüləcəyi barədə məlumat verilib. Onlar 3 ay ərzində lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırsa, lisenziyanın qüvvəsi bərpa ediləcək.
© Report

Banklar     Tarix: 12 iyul 2023

Oxşar xəbərlər

ABB partnyorları ilə görüş ®

ABB-nin partnyorları ilə kommunikasiyaların daha da inkişafı, Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında faydalı rəylərin öyrənilməsi məqsədilə partnyorlarla görüş keçirilib. Görüşdə ABB-nin 80-dən çox partnyoru iştira

"AccessBank" 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə tenderin vaxtını uzadıb ®

"AccessBank" QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə elan olunan tenderin vaxtını uzadıb. Tenderdə iştirak etməkd

Enerji xərclərinizi "Unibank"la azaldın

Evinizdə və ya biznesinizdə enerji xərclərini azaltmaq istəyirsiniz? "Unibank" enerji effektivliyi layihələri üçün yeni güzəştli kredit imkanı təqdim edir. Bank Enerji Effektivliyi Fondunun vəsaiti hesabına bu layihələr

Azərbaycanın Gürcüstana investisiyası 48% artıb

Azərbaycanın Gürcüstan iqtisadiyyatına yönəltdiyi birbaşa investisiyaların həcmi 2026-cı ilin ilk yarısında illik müqayisədə 47,7% artaraq 114 milyon dollara çatıb. Ötən ilin eyni dövründə bu göstərici 77,1 milyon dolla

İrlandiyadan Azərbaycana pul köçürmələri 7 dəfədən çox artıb

2026-cı ilin ilk 6 ayında xaricdən Azərbaycana fiziki şəxslərin göndərdiyi pul baratlarının ümumi məbləği 40.2% artaraq 748.46 milyon dollara çatıb. Ötən ilin müvafiq dövründə bu göstərici 533.96 milyon dollar təşkil etmişdi

"PAŞA Bank"ın səhmdarlarının sayı 18 minə yaxınlaşıb

"PAŞA Bank"ın səhmdarlarının sayı bankın keçirdiyi ilkin kütləvi təklifdən (IPO) sonra 18 minə yaxınlaşıb. xəbər verir ki, bu barədə bankın 2026-cı ilin ilk yarısının maliyyə və biznes nəticələrinin təqdimatı zaman

Rabitəbank 32-ci filialını Bakıxanovda açdı

Rabitəbank filial şəbəkəsini genişləndirərək müştərilərinə daha yaxın olmaq və bank xidmətlərinə əlçatanlığı artırmaq istiqamətində növbəti addım atıb. Bankın sayca 32-ci filialı Bakı şəhəri, Sabunçu rayonunda yerləşən "Bakıxano

Mərkəzi Bank BOKT-ların öhdəliklərinin kapitala nisbətini 3 hədd üzrə müəyyən edib

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT )öhdəliklərinin kapitala nisbəti ilə bağlı üç hədd müəyyən edilib. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentini

"Yelo Bank"da çalışanların sayı açıqlandı

"Yelo Bank" ASC 2026-cı ilin II rübünün yekunlarına əsasən işçi heyətinin dinamikasını açıqlayıb. bu barədə bankın yarımillik hesabatına istinadən xəbər verir. 2026-cı ilin martın 31-nə olan məlumata əsasən bankd


iqtisadi xeberler dollar manat kursu 1000 manatla biznes bu gunun xeberleri pul qazanmaq