2022-ci ildə bankların faiz gəlirləri: həcm, illik dinamika və bazar payına görə RENKİNQ
2022-cü ildə Azərbaycanın 25 bankı 2 mlrd. 739 mln. manatlıq faiz gəliri əldə etdilər. Bankların gəlirlərinin və fəaliyyətlərinin əsasını təşkil edən bu gəlirlər illik müqayisədə 30% artmış oldu.
Siyahıda bu il 609.4 mln. manatla illik müqayisədə 28.5%-lə "Kapital Bank" ASC ilk sıradadır. Ölkənin bank sektorunun faiz gəlirlərinin 22%-i təkcə "Kapital Bank"a məxsusdur.
İkinci sırada dövlətin ABB-sidir. 582.9 mln. manatla illik 33.5%-lik artıma nail olub.
Üçüncü sırada isə 312.3 mln. manatla "PAŞA Bank" ASC dayanır. O, faiz gəlirlərini illik müqayisədə 19.1% artırmaqla bazar payının 12%-nə sahib olub.
Beləliklə, TOP3-lük bank sektorunun ümumi faiz gəlirlərinin 55% payları olub.
Faiz gəlirlərində ən yüksək dinamika "Azər Türk Bank" ASC (58%), "Naxçıvanbank""ASC (54%) və "Bank Respublika" ASC (53%) kimi banklardır.
/ banker.az

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
"iPhone 15" modelinin üstünlükləri
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Onlayn biznes ideyaları
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Startup nədir və necə olur?