2023-cü ildə bankların mənfəəti azala bilər - "Mənim şəxsi fikirim budur ki,.."
Mərkəzi Bank məcburi ehtiyat normalarının yüksəldilməsinin və əmanət gəlirlərinin vergiyə cəlb olunmasının kredit faizlərinin kəskin artmasına səbəb olacağı barədə iddialara münasibət bildirib.
Marja.az-ın məlumatına görə, Mərkəzi Bankın sədri Taleh Kazımov bu cür xəbər və iddialardan təəssüflənir. Onun sözlərinə görə, ehtimal ki, banklar artan xərcləri kredit faizlərində əks etdirməyi deyil, marjalarının bir hissəsindən imtina etməyi seçəcəklər:
"Təəssüflər olsun ki, bir neçə dəfə mediada qeyd olunub ki, məcburi ehtiyat normalarının artırılması faizlərin kəskin artmasına səbəb olacaq. Bazarda rəqabəti və məcburi ehtiyat normalarının manat əmanətlərinin maya dəyərinə 0,16% artırıcı təsir edəcəyini nəzərə alsaq, kredit faizlərinin kəskin yüksələcəyini gözləmək doğru olmaz. Mənim şəxsi fikirim budur ki, həm əmanət üzrə gəlirlərin vergiyə cəlb edilməsi, həm də məcburi ehtiyat normalarının artırılması sadəcə bankların marjasına təsir edəcək. Buna görə, kredit faizlərinin kəskin artacağını gözləmirik".
01 Fevral 2023-cü il tarixindən əmanətlər üzrə faiz gəlirləri 10%-lik vergiyə cəlb ediləcəkdir. Taleh Kazımov, "Biz gözləyirik ki, banklar vergini depozit faizlərində əks etdirəcəklər. Depozitlərin banklardan çıxmaması üçün əmanət faizləri vergi faizi nisbətində artırılacaqdır",- deyə əlavə edib.
Qeyd edək ki, bank təcrübəsində marja – cəlb edilən vəsaitin faizləri ilə verilən kreditlərin faizləri arasındakı fərqdir. Bu fərq bankların gəlirləri hesab olunur.
Xəbər verdiyimiz kimi, fevralın 15-dən etibarən tətbiq edilməsi şərtilə, məcburi ehtiyat norması milli valyutada depozitlər üzrə 4%-dən 5%-ə, xarici valyutada depozitlər üzrə isə 5%-dən 6%-ə qaldırılıb.

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
"iPhone 15" modelinin üstünlükləri
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Onlayn biznes ideyaları
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Startup nədir və necə olur?