"2025-ci ilin sonuna qədər maaşı istənilən bankdan almaq mümkün ola bilər"
Azərbaycan Mərkəzi Bankı (AMB) dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqlarını istənilən bankdan almaları ilə bağlı iş aparır və bu, ilin sonuna qədər mümkün ola bilər.
Əldə edilən məlumata görə, bu barədə AMB-nin sədri Taleh Kazımovun iqtisadçı-ekspertlərlə görüşündə bildirilib.
3 saatdan artıq davam etmiş görüşdə 13 nəfər iştirak edib, pul siyasəti, tədiyə balansı, rəqəmsal texnologiyalar, maliyyə sektorunda müşahidə olunan cari tendensiyalar və gələcək planlar ətrafında əhatəli və məzmunlu müzakirələr aparılıb, qurumun hazırladığı yeni maliyyə aləti (hedcinq) və onun iqtisadiyyata mümkün töhfələri barədə iştirakçılara ətraflı məlumat təqdim olunub.
"İnanıram ki, ekspertlərlə mütəmadi fikir mübadiləsi və konstruktiv dialoq ictimai rəyin düzgün formalaşmasına, eləcə də AMB-nin qərarlarının bütün maraqlı tərəflərə dolğun, şəffaf şəkildə çatdırılmasına mühüm töhfə verir. Görüşdə iştirak edən və dəyərli fikirlərini bölüşən bütün ekspertlərə səmimi təşəkkürümü bildirirəm", - deyə T.Kazımov görüşün yekunlarını şərh edib.
© "Report"

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Biznesə aid ən yaxşı 10 kitab
İnvestisiyanın necə cəlb etmək olar?
Digital Card nədir?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
SMM nədir?