"2029-cu ilin sonunda 1 milyard manatlıq bank olmağı hədəfləyirik
2029-cu ilin sonunda "AFB Bank"ın cəmi aktivlərinin 1 milyard manata çatdırılması nəzərdə tutulur.
Marja.az xəbər verir ki, bunu keçirilən mətbuat konfransında "AFB Bank" ASC-nin İdarə Heyəti sədri Amid Qənbərov bildirib.
"Biz hədəfləmişik ki, 2029-cu ilin sonunda 1 milyard manatlıq bank olaq" - Bankın sədri deyib.
"AFB Bank"ın İdarə Heyəti sədrinin müavini Lalə Quliyeva əlavə edib ki, 2029-cu ilin sonunda gəlir gətirən aktivlərin ümumi aktivlərdə payının təxminən 90% təşkil edəcəyi gözlənilir. Bankın cəmi aktivlərinin 70 faizinin və ya təxminən 700 milyon manatının isə müştərilərə verilmiş kreditlər, o cümlədən, cəmi kredit portfelinin təxminən 20 faizinin mikro və aqrar kreditlərin təşkil edəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, 2025-ci ilin sonunda "AFB Bank"ın cəmi aktivləri 423 milyon manat, o cümlədən kredit portfeli təxminən 300 milyon manat təşkil edib.

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
Dünyada ən çox oxunan 5 kitab
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Dünyanın ən zəngin idmançıları
Bitcoin nədir?
"Freelance" nədir?