25 BOKT nizamnamə kapitalı ilə bağlı yeni tələblərə cavab vermir - SİYAHI

25 BOKT nizamnamə kapitalı ilə bağlı yeni tələblərə cavab vermir - SİYAHIAzərbaycan Mərkəzi Bankının (AMB) bank olmayan kredit təşkilatları (BOKT) üçün nizamnamə kapitalı tələbini kəskin artırmasından 1 ay keçir.
Araşdırma nəticəsində məlum olub ki, ölkədə fəaliyyət göstərən 57 BOKT-dan 25-i yeni kapital tələblərinə cavab vermir.
25 BOKT nizamnamə kapitalı ilə bağlı yeni tələblərə cavab vermir - SİYAHIHəmin BOKT-lar aşağıdakılardır:
25 BOKT nizamnamə kapitalı ilə bağlı yeni tələblərə cavab vermir - SİYAHIAzərbaycan Mərkəzi Bankından "Marja"yabildirilib ki,  "Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası"nın 4.3-cü bəndinə əsasən BOKT-lərin nizamnamə (şərikli) kapitalının (əmlak haqlarının) minimum miqdarı aşağıdakı həcmdə müəyyən edilir:
- kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT üçün - 1 (bir) milyon manat;
- qeyri-kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT üçün - 100 (bir yüz) min manat.
Qaydanın 10.2-ci bəndinə əsasən Bu Qaydanın 4.3-cü bəndi bu Qayda qüvvəyə minəndən sonra yaradılan BOKT-lərə şamil edilir.  Yəni Qaydanın qəbulundan əvvəl yaradılmış BOKT-lərə şamil edilmir.
Hazırda həmin Qaydanın 5.2-ci bəndinə əsasən BOKT-nin kapitalının minimum miqdarı aşağıdakı həcmdə müəyyən edilir:
5.2.1. kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT üçün - 1 (bir) milyon manat;
5.2.2. qeyri-kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT üçün - 100 (bir yüz) min manat.
Həmin qaydaların 10.1-ci bəndinə görə bu Qayda qüvvəyə minənədək fəaliyyətdə olan BOKT-lərə bu Qayda qüvvəyə mindiyi tarixdən 3 (üç) ay sonra şamil edilir (4.3-cü bəndi istisna olmaqla) və həmin BOKT-lərin fəaliyyətinin prudensial tənzimlənməsi bu Qayda qüvvəyə minənədək mövcud olan normativ xarakterli aktın tələblərinə uyğun olaraq həyata keçirilir.
© "Report"

Banklar     Tarix: 27 dekabr 2024

Oxşar xəbərlər

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır


iqtisadi xeberler valyuta mezennesi 1000 manatla biznes bitcoin qiymeti dollarin kursu bu gun