26 bankdan 18-nin xalis mənfəəti artıb

26 bankdan 18-nin xalis mənfəəti artıbAzərbaycanda fəaliyyət göstərən 26 bankdan 18-nin bu ilin yanvar-sentyabr aylarındakı (xalis) mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.
Bunlar "Turan Bank", "Azər-Türk Bank", "Azərbaycan Sənaye Bankı", "Bank VTB Azərbaycan", "Naxçıvan Bank", "Rabitəbank", "Bank of Baku", "Zıraat Bank Azərbaycan", "PAŞA Bank", "Bank Respublika", "Kapital Bank", "Günay Bank", "Xalq Bank", "Express Bank", "AFB Bank", "Muğan Bank" və "Azərbaycan Beynəlxalq Bankı" (ABB) ASC-lər, İran Milli Bankının Bakı filialıdır. Ən yüksək dinamika "Turan Bank"da (5,3 dəfə), ən aşağı dinamika isə ABB-də (6,5%) qeydə alınıb.
2 bankın – "Premium Bank" və "Yelo Bank" ASC-lərin isə (xalis) mənfəəti azalıb. Ən çox azalma "Yelo Bank"da (71,5%), ən az azalma isə "Premium Bank"da (42,7%) qeydə alınıb.
1 bankın – Pakistan Milli Bankının Bakı filialının isə zərəri 53,1% artıb.
3 bank – "Bank Avrasiya" ASC, "Access Bank" və "Yapı Kredi Bank Azərbaycan" QSC-lər bu ilin yanvar-sentyabr aylarını mənfəətlə, ötən ilin eyni dövrünü zərərlə, 2 bank - "Bank BTB" və "Unibank" ASC-lər isə bu ilin 9 ayını zərərlə, ötən ilin eyni dövrünü mənfəətlə başa vurub. Odur ki, bu bankların (xalis) mənfəətinin / zərərinin dinamikasını hesablamaq mümkün olmayıb. 
4 bankın 9 aylıq (xalis) mənfəəti 30 milyon manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 3-ü bu ilin yanvar-sentyabr aylarını zərərlə başa vurub.
Bunlar "Unibank" və "Bank BTB" ASC-lər, Pakistan Milli Bankının Bakı filialıdır.
Qalan 23 bank isə müxtəlif məbləğlərdə (xalis) mənfəət əldə edib. Onlardan 4-də sözügedən göstərici 30 milyon manatdan çoxdur. Həmin banklar "Kapital Bank" (210,609 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (209,914 milyon manat), "PAŞA Bank" (109,712 milyon manat) və "Bank of Baku" (30,775 milyon manat) ASC-lərdir.
Qalan 19 bankdan 6-da (xalis) mənfəət 10-20 milyon manat arasında, 13 bankda isə 10 milyon manatdan azdır. 
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© "Renkinq" / marja.az

Banklar     Tarix: 08 dekabr 2022

Oxşar xəbərlər

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı

Zərər mənfəətlə əvəzlənib, aktivləri 136 milyon manatı keçib

"Bir Kredit" Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2026-cı ilin ilk 6 ayını mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə zərərlə işlədiyi halda, bu ilin yanvar–iyun aylarında 472 min 110 manat əməliyyat mənfəət

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

"Yelo Bank"ın İdarə Heyətinin yenidən təyinatına baxılacaq

"Yelo Bank" ASC-nin səhmdarları dekabrın 3-də keçiriləcək növbədənkənar ümumi yığıncaqda İdarə Heyətinin sədrinin və üzvlərinin vəzifələrinə yenidən təyin olunması məsələsinə baxacaqlar. bankın bildirişinə istinadə

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb


iqtisadi xeberler online pul qazanmaq leobank kart kicik biznes depozit faizleri