"3 milyona yaxın istehlak krediti əldə edən vətəndaşımızın həyatı sığortalanmayıb"
"Böyük sevinc hissi ilə qeyd etmək istərdim ki, biz bu il dünya sığorta bazarında mövcud olan ən vacib məhsullardan birini – istehlak krediti götürən şəxslərin həyat sığortası məhsulunu və bu sahədə olan təcrübəni ölkəmizə gətirə bildik".
Marja xəbər verir ki, bunu "PAŞA Həyat Sığorta" ASC-nin rəhbəri Niyaz İsmayılov 2024-cü ilin yekunlarına həsr olunmuş müsahibəsində bildirib.
Şirkətin sədri qeyd edib ki, 3 milyona yaxın istehlak krediti əldə edən vətəndaşımızın həyatı sığortalanmayıb, bu isə öz növbəsində onları risk qarşısında qoyur:
Gələcəkdə kredit əldə etdikdən sonra onların başına gələ biləcək ölüm və ya əlillik kimi hadisələr ailə üzvləri və yaxınlarını böyük öhdəlik və yük altında qoyur. Bu isə öz növbəsində insanların sosial rifahına mənfi təsir göstərir. Buna görə də, Azərbaycan Sığortaçılar Assossasiyası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə sığorta fəaliyyətinin gücləndirilməsi və vətəndaşların maddi və mənəvi rifahınının yaxşılaşdırılması istiqamətində kredit götürən şəxslərin həyat sığortası layihəsini işləyərək hazırladı. Hal-hazırda sığorta bazarında 5 həyat sığortası şirkəti fəaliyyət göstərir və onların hər biri rahat qaydada istənilən bankda öz təkliflərini irəli sürə bilər, müştərilər isə əlbəttə ki, könüllü qaydada sərbəst seçim əsasında bu 5 şirkətdən biri ilə müqavilə bağlaya bilərlər.
Həmçinin oxu
/ marja.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Ev şəraitində pul qazanmağın yolları
McDonalds haqqında maraqlı faktlar
Biznes planı necə yazmaq lazımdır?
Dünyanın əh bahalı brendləri - TOP-10