"400 milyonluq həddi də keçə bildik və öz rekordumuzu yenilədik"

"Hesablamalar hələ tam yekunlaşmayıb. Xatırladım ki, 2021-ci ildə rekord nəticə göstərmişdik. 300 milyon manatlıq sığorta yığımları toplayaraq ölkənin sığorta bazarının tarixində ən yüksək nəticə əldə etdik. İnkişafımızın məntiqli davamı olaraq 2022-ci ildə əlavə 100 milyon sığorta haqları toplamaqla 400 milyonluq həddi də keçə bildik və öz rekordumuzu yenilədik". 
Marja xəbər verir ki, bunu "PAŞA Həyat Sığorta" ASC İdarə Heyətinin sədri Niyaz İsmayılov illik geniş müsahibəsində bildirib.
İsmayılov qeyd edib ki, "PAŞA Həyat Sığorta"nın uğurlarının əsas səbəblərindən biri, bəlkə də birincisi daxildə sağlam mədəniyyətin-mühitin olmasıdır:
"Biz bunun üzərində daim işləyirik. Bizim istedadların fəaliyyəti üçün bu çox önəmlidir. Əks halda, biz heç cür inkişaf edə bilmərik. Bu mühiti qorumaq və inkişaf etdirmək naminə bir sıra şirkətdaxili proqramlar həyata keçirilir". 
Niyaz İsmayılov əlavə edib ki, PAŞA Həyat şirkəti uzun illərdir 2 əsas məhsula istiqamətlənmiş biznes fəaliyyəti sərgiləyir:
"Bunlar "Həyatın Yaşam Sığortası" və "İstehsalatda Bədbəxt Hadisələr" sığorta məhsullarıdır. Sığorta yığımları baxımından "İstehsalatda Bədbəxt Hadisələr" məhsulu üzrə 2022-ci ildə 21%, "Yaşam sığortası" üzrə isə 41% artım əldə edə bilmişik. 
Keçən ilki müsahibəmdə bildirmişdim ki, dövlət tərəfindən tənzimlənməyən məhsullar sektorunda fəaliyyətimizi genişləndiririk. Bu il xüsusən "Gəlirli Həyat Sığortası" məhsulunu qeyd etmək istərdim. Bu məhsul üzrə keçən il 29 milyon manat əldə etmişdiksə, 2022-ci il ərzində artıq bu nəticəni 50 milyona çatdırmağa müvəffəq olmuşuq. Bundan əlavə, deyim ki, 2023-cü ildə də biznesimizi bu istiqamətdə ciddi şəkildə inkişaf etdirəcəyik və paralel olaraq mikro sığortalar üzrə çalışacağıq. Düşünürəm ki, gələn ilin sonunda yeni sahədən pozitiv nəticələr əldə edəcəyik".
HƏMÇİNİN OXU: / marja.az

Banklar     Tarix: 05 yanvar 2023

Oxşar xəbərlər

Bank of Baku subordinasiya istiqrazları buraxmağa hazırlaşır – səhmdarlar növbədənkənar toplanır

"Bank of Baku" ASC subordinasiya borc öhdəlikləri kimi istiqrazların emissiyasını müzakirəyə çıxarır. xəbər verir ki, bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı 18 sentyabr 2026-cı il tarixində, saat 10:00-d

"Ziraat Bank Azərbaycan" enerji effektivliyi layihələri üçün güzəştli maliyyələşməyə başlayıb

Bank Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə cari ilin aprel ayında imzalanmış strateji əməkdaşlıq müqaviləsi çərçivəsində Enerji Effektivliyi Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə başlayıb

BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) problemli kreditləri ilə əlaqədar yeni qaydaların hazırlanması üzərində işləyir. Bunu AMB-nin Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarə

Mərkəzi Bankda yeni struktur yaradılıb, rəhbər təyin edildi

Azərbaycan Mərkəzi Bankında (AMB) Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbə yaradılıb. xəbər verir ki, İdarə Heyıətinin sədrinin əmri ilə şöbəyə İlahə Həsən qızı Baxışova-Tahirli müdir təyin edilib. Şöbənin əsas fəaliyyə

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Milli Depozit Mərkəzi ilk dəfə unikal bank səhmdarlarının sayını açıqlayıb. Bu barədə sorğusuna cavab olaraq qurumdan bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, hazırda 41 102 fizik

"AccessBank" 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə tenderin vaxtını uzadıb ®

"AccessBank" QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə elan olunan tenderin vaxtını uzadıb. Tenderdə iştirak etməkd

"Azərbaycan Sənaye Bankı"na yeni sədr təyin edilib – Uzun müddətdir orada çalışırdı

"Azərbaycan Sənaye Bankı" ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib. xəbər verir ki, səhdmarların Ümumi Yığıncağının qərarına əsasən bankın İdarə Heyətinin üzvü Sarvan Umudvar oğlu Mikayılov İdarə Heyətini

Azərbaycan banklarına "Moody"s"dən müsbət qiymət: Sistem riskləri azalıb

"Moody"s" Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib. "Moody"s Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib

"Bundan sonra da bank birləşməsi olacaqsa, ancaq və ancaq şad olarıq"

"PAŞA Bank" ASC son vaxtlar sektorda baş verən konsolidasiyanı bazarda daha güclü rəqiblərin olması baxımından dəstəkləyir. XBunu Bankın İdarə Heyətinin sədr müavini Bəhruz Nağıyev I yarımilin yekunlarına həsr olunmu


iqtisadi xeberler bitkoin almaq iqtisadiyyat xeberleri bitcoin internetden pul qazanmaq