5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
Bu il yanvarın 1-nə Azərbaycandakı 22 bankdan 5-nin aktivləri 2,5 milyard manatdan çox olub.
Bunlar, "Azərbaycan Beynəlxalq Bankı" (ABB) (13 milyard 626,9 milyon manat), "Kapital Bank" (11 milyard 320,9 milyon manat), "PAŞA Bank" (9 milyard 407,3 milyon manat), "Xalq Bank" (3 milyard 184,5 milyon manat) və "Bank Respublika"dır (2 milyard 725,7 milyon manat).
Qalan 17 bankdan 7-də aktivlər 1 - 2,5 milyard manat arasında, 10 bankda isə 0,1 - 1 milyard manat arasında olub.
Son 1 ildə 22 bankdan 3-nün – "Kapital Bank", "Bank BTB" və "Bank VTB Azərbaycan"ın aktivləri azalıb. Müvafiq olaraq 0,5%, 1,7% və 3,4%.
1 bankın – ABB-nin aktivləri demək olar ki, dəyişməyib.
18 bankın isə aktivləri artıb. Bu baxımdan ən yüksək dinamika "Zıraat Bank Azərbaycan"da (48,5%), ən aşağı dinamika isə İran Milli Bankının Bakı filialında (1%) qeydə alınıb.
Əlavə edək ki, aktivlərinin həcminə görə ən böyük bank dövlətə məxsus olan "Azərbaycan Beynəlxalq Bankı", ən böyük özəl bank isə "Kapital Bank" ASC-dir.
Aktivlərinin həcminə görə, bankların renkinqi (31.12.2025)
© Yurd.Media / marja.az

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
Dünyanın ən varlı 10 adamı
SMM nə deməkdir?
Elon Musk kimdir?
McDonalds haqqında maraqlı faktlar
Dünyanın TOP-5 bahalı geyim şirkətləri