5-ci "Yüksəliş" müsabiqəsində 3 qalib Kapital Bank əməkdaşıdır

5-ci ®Artıq 5 ildir ki, ənənəvi olaraq keçirilən "Yüksəliş" müsabiqəsinin 2025-ci il üçün olan qalibləri rəsmi olaraq elan edilib. Müsabiqədə bilik mübarizəsini uğurla tamamlayan 124 nəfər final mərhələsinə yüksəlib. Onlardan 20 nəfəri isə qalib adını qazanıb. Gərgin  imtahan mərhələrindən keçərək qalib adına layiq görünənlər sırasında Kapital Bank-ın 3 əməkdaşı – Satış Kanalları Departamentinin direktoru Toğrul Xəlilov, Birbaşa Satış və Xidmət şöbəsinin meneceri Qoşqar Daşdiyev və Pərakəndə Risk Texnologiyaları sahəsinin məhsul sahibi Məmməd Həsənov da yer alıb. Bu, nümayəndələri qalib seçilən şirkətlər arasında ən yüksək göstəricidir.
Maliyyə sahəsində böyük təcrübəsi olan Toğrul Xəlilov 2015-ci ildən etibarən Kapital Bank-da çalışır. O, fəaliyyət dövründə Partnyor şəbəkəsinin idarə edilməsi, İpoteka və kredit sahəsi, Bank məhsulları sahəsi, Pərakəndə məhsullar sahəsi kimi strukturlarda rəhbər vəzifələrdə çalışıb. 2023-cü ildən etibarən bankın Satış Kanalları Departamentinin direktoru olaraq fəaliyyətini davam etdirir.
Kapital Bank-da Satış kanalları şöbəsində mütəxəssis olaraq fəaliyyətə başlayan Qoşqar Daşdiyev daha sonra Birbaşa satış və Xidmət şöbəsində bölmə rəhbəri və menecer vəzifəsinədək yüksəlib.
Layihənin növbəti qalibi Məmməd Həsənov bankda 2023-cü ildən etibarən fəaliyyət göstərir. Risk texnologiyaları sahəsində geniş təcrübəyə malikdir.
Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Layihənin məqsədi gənc və perspektivli idarəçilərin aşkarlanması, inkişaf etdirilməsi və ölkənin müxtəlif sahələrində liderlik potensiallarının artırılmasıdır. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn, əyani, yarımfinal və finaldan ibarətdir. Yarımfinal mərhələsi çərçivəsində namizədlər 9 səriştə üzrə (strateji düşüncə, effektiv liderlik, qərarvermə, nəticəyönümlülük, işin effektivliyinin idarə edilməsi, adaptivlik, innovativ düşüncə, komanda işi və əməkdaşlıq, etika və dürüstlük), final mərhələsində "İdarəçi rollar modeli" üzrə qiymətləndirilirlər. Qiymətləndirmə prosesi beynəlxalq təcrübəyə əsaslanan və obyektivliyi ilə seçilən "Qiymətləndirmə konfransı (Assessment Conference)" metodu ilə həyata keçirilir. Dünyada ən etibarlı qiymətləndirmə metodu hesab olunur bu metod hər bir iştirakçının performansına çoxşaxəli yanaşmanı təmin edir və yekun qərarların kollegial əsasda verilməsinə imkan yaradır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – , Birbank kartı sifarişi üçün – . / banker.az

Banklar     Tarix: 24 iyul 2025

Oxşar xəbərlər

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri


iqtisadi xeberler dollar məzənnəsi valyuta kurslari valyuta xeberleri leobank kart