5 kateqoriya üzrə keşbek qazancı - ABB-dən yeni layihə

5 kateqoriya üzrə keşbek qazancı - ABB-dən yeni layihə(®) ABB müştərilərə növbəti faydalı yeniliyini təqdim edib.
Belə ki, 1 avqust tarixindən ABB-nin istənilən kart sahibləri yeni "Faydalı keşbek" layihəsindən yararlana bilər. "Faydalı keşbek" ilə müştərilər artıq  ABB mobile tətbiqi vasitəsi ilə 1 kateqoriya üzrə deyil, tam 5 kateqoriya üzrə keşbek qazana biləcəklər. Kateqoriyaların sayının artması, kart sahiblərinin daha çox keşbek qazanmasına səbəb olacaq.
Üstəlik, indi keşbekləri toplayıb onları ABB mobile tətbiqi daxilində yalnız kommunal, mobil və internet ödənişlərə sərf etmək yox, həm də müştərinin kart hesablarına da köçürmək mümkündür. Beləliklə, müştəri keşbek balansında yığılmış vəsaiti istədiyi zaman öz kartına köçürüb ödənişlər apara, hətta nağdlaşdırma imkanından yararlana bilər.
Yeniliklər bununla bitmir. Daha çox keşbek qazanmaq üçün ödənişi ABB-nin müxtəlif kartları, o cümlədən maaş və pensiya kartları ilə həyata keçirmək olar. Azercell Co-Brand və ABB Miles kartları istisna olmaqla, istənilən ABB kartı ilə edilən ödənişlər müştəriyə daha çox keşbek və daha çox qazanc gətirəcək. Azercell Co-Brand və ABB Miles kartları üzrə mövcud loyallıq layihələri barədə məlumatlar isə Bankın rəsmi internet səhifəsində qeyd olunub.
Qeyd edək ki, "Faydalı keşbek" ABB-nin yeni layihəsidir. Müştərilər bu layihə çərçivəsində xərclədikcə daha çox qazanırlar. "Faydalı keşbek"-in üstünlüklərindən yararlanmaq üçün ABB mobile tətbiqini yeniləmək lazımdır.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən,    rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. / marja.az

Banklar     Tarix: 01 avqust 2023

Oxşar xəbərlər

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır


iqtisadi xeberler bitkoin almaq valyuta xeberleri biznes krediti en son xeberler