8 ayda kreditlərdən 1 milyard 680 milyon manatlıq faiz gəliri

8 ayda kreditlərdən 1 milyard 680 milyon manatlıq faiz gəliriAzərbaycan bankları 2023-cü ilin 8 ayı ərzində (yanvar-avqust) müştərilərə verilən kreditlər üzrə 1 milyard 680,2 milyon manat faiz gəliri əldə ediblər. Banklar 2022-ci ilin eyni dövründə 1 milyard 408,6 milyon manat kreditlər üzrə faiz gəliri əldə etmişdi. Beləliklə, bu il bankların kreditlər üzrə faiz gəliri 271,6 milyon manat daha çox olub.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, o cümlədən yanvarda 199,9 milyon manat, fevralda 204,9 milyon manat, martda 205,6 milyon manat, apreldə 199,6 milyon manat, mayda 210,9 milyon manat, iyunda 213,7 milyon manat, iyulda 222,1 milyon manat, avqustda isə 223,3 milyon manat kreditlər üzrə faiz gəliri əldə edilib.
2022-ci ildə banklar kreditlər üzrə 2 milyard 194,4 milyon manat kreditlər üzrə faiz gəliri əldə etmişdilər.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR 22 MİLYARD MANATA YAXINLAŞIB
Azərbaycan banklarının cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2023-cü ilin 8 ayında 2 milyard 219,8 milyon manat, o cümlədən iyul ayının sonu ilə müqayisədə avqust ayında 442,3 milyon manat artaraq 31 Avqust 2023-cü il tarixində 21 milyard 814,2 milyon manat təşkil edib. 
Avqust ayında bankların biznes kreditləri portfeli 199,1 milyon manat artaraq 11 milyard 821,7 milyon manata, istehlak kreditləri portfeli 156,5 milyon manat artaraq 6 milyard 532,5 milyon manata, ipoteka kreditləri portfeli isə 86,6 milyon manat artaraq 3 milyard 459,9 milyon manata çatıb.
Əhalinin götürdüyü kreditlər olan istehlak və ipoteka kreditlərinin cəmi məbləği 9 milyard 992,4 milyon manata çatıb. 2023-cü ilin 8 ayı ərzində əhalinin banklara cəmi borcu 1 milyard 253,1 milyon manat artıb. Ötən ilin sonunda istehlak və ipoteka kreditləri cəmi 8 milyard 739,3 milyon manat təşkil etmişdi.
Bank olmayan kredit təşkilatları (BOKT) və lombardlar tərəfindən verilən kreditlər nəzərə alınarsa, əhalinin kredit təşkilatlarına cəmi qalıq borcu 10 milyard manatdan çoxdur. 
8 ayda kreditlərdən 1 milyard 680 milyon manatlıq faiz gəliri8 ayda kreditlərdən 1 milyard 680 milyon manatlıq faiz gəliri

Banklar     Tarix: 27 sentyabr 2023

Oxşar xəbərlər

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda


iqtisadi xeberler valyuta mezennesi internetden pul qazanmaq bitkoin almaq bitkoin qiymeti