ABA Rəyasət Heyətinin geniş tərkibdə Ümumi Yığıncağı keçirilib

ABA Rəyasət Heyətinin geniş tərkibdə Ümumi Yığıncağı keçirilib08 oktyabr 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə Ümumi Yığıncağı keçirilib.
Ümumi Yığıncağın gündəliyində duran məsələlər sırasında Əmanətlərin Sığortalanması Fondunun Himayəçilər Şurasına 2 nəfər bank nümayəndəsinin seçilməsi, BMT-nin "29 İqlim müzakirələri: COP29-a gedən yol" təşəbbüsü çərçivəsində ABA təfindən təşkil ediləcək tətbirlərin keçirilməsi, ABA-nın Ekoloji, Sosial və İdarəetmə (ESİ) bağlı Stategiya layihəsinin müzakirəsi, maarifləndirmə üzrə maliyyə assosiasiyalarının birgə fəaliyyət planının hazırlanması, vahid inkasassiya mərkəzinin yaradılmasına dair məsələlərin müzakirəsi, kredit həyat sığortasının cari statusu, ABA və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında "Sən Tək Deyilsən" Şəhid xanımlarının təhsilinə dəstək layihəsində ABA üzvlərinin iştirakı, Naxçıvan MR-da filial və bankomat şəbəkəsinin genişləndirilməsi, həmçinin ipoteka kreditinin verilməsinin təşviqi məsələsi və s. olmuşdur.
ABA Rəyasət Heyətinin geniş tərkibdə Ümumi Yığıncağı keçirilibBelə ki, iclas zamanı keçirilən gizli səsvermə nəticəsində Əmanətlərin Sığortalanması Fondunun Himayəçilər Şurasına ABA üzv bankları tərəfindən "ABB" ASC-nin İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev və "Kapital Bank" ASC-nin İdarə Heyəti üzvü Fərid Hidayətzadə seçilmişlər.
Həmçinin, iclas zamanı ABA-nın nəzdində 2 yeni Ekspert Qrupunun yaradılmasına dair müzakirələr aparılmışdır. Nəticədə, ABA-nın nəzdində "Pərakəndə bankçılıq" üzrə alt Ekspert Qrupunun və "Kredit həyat sığortası" işçi qrupları birləşdirilərək yeni "Pərakəndə bankçılıq və kredit sığortası məhsulları Ekspert Qrupu"nun və "Data və Süni intellekt üzrə Ekspert Qrupu"nun yaradılması qərara alınmışdır.
İclas zamanı, həmçinin gündəlikdə yer alan cari məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.
Qeyd edək ki, Assosiasiyanın Ali idarəetmə orqanı Ümumi Yığıncaqdır. ABA üzvlərinin bütün nümayəndələrindən ibarət olan Ümumi Yığıncaq ildə bir dəfədən az olmayaraq çağırılır.
Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 3 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.
ABA Rəyasət Heyətinin geniş tərkibdə Ümumi Yığıncağı keçirilibABA Rəyasət Heyətinin geniş tərkibdə Ümumi Yığıncağı keçirilibABA Rəyasət Heyətinin geniş tərkibdə Ümumi Yığıncağı keçirilib/ marja.az

Banklar     Tarix: 11 oktyabr 2024

Oxşar xəbərlər

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas


iqtisadi xeberler bitkoin qiymeti avtomobil xeberleri valyuta mezennesi pul qazanmaq