ABB 2025-ci ildə 336 milyon manat xalis mənfəət əldə edib – REKORD

ABB 2025-ci ildə 336 milyon manat xalis mənfəət əldə edib – REKORDABB (Azərbaycan Beynəlxalq Bankı ASC) 2025-ci ili 335.69 milyon manat xalis mənfəətlə başa vurmaqla, əvvəlki ildə qeydə alınan 293.73 milyon manatı 14 faiz üstələmişdir. Beləliklə, bank tarixinin ən iri həcmli xalis mənfəətini əldə etmişdir. Bankın 2022-ci ildəki xalis mənfəəti 254.38 mln. manat, 2023-cü ildəki isə 322.27 mln. manat olub.
Banker.az xəbər verir ki, bu da bankın ilin son rübünün əvvəlində verdiyi proqnozla üst-üstə düşür. Bank ilin mənfəətindən, əvvəlki ildə olduğu kimi, yüksək dividend ödənişinə imkan yaranacağına işarə edib. Bank ötən ilin mayında səhmdarlara ümumilikdə 200 mln. manat dividend ödəyib.
Bu arada, Banker.az-ın hesablamasına əsasən, ABB-nin birjadakı səhmləri 29–30 qəpik intervalına yüksələrək indiyədək qeydə alınmış ən uzunmüddətli yüksək qiymətini qoruyub saxlaya bilib.
Dövlət bankı 1 milyard 95.6 milyon manat faiz gəliri və 451.5 milyon manat qeyri-faiz gəliri əldə edib.
Bank 2024-cü ildə ümumilikdə 1 milyard 254 milyon manat gəlir əldə etdiyi halda, 2025-ci ildə bu rəqəm 23 faiz artımla 1 milyard 547 milyon manata yüksəlib.
Beləliklə, bankın bölüşdürülməmiş mənfəətinin həcmi 1 yanvar 2026-cı il tarixinə 621.28 mln. manata çatıb.
ABB 2025-ci ildə 336 milyon manat xalis mənfəət əldə edib – REKORD

Banklar     Tarix: 13 yanvar 2026

Oxşar xəbərlər

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca


iqtisadi xeberler birbank pul qazanmaq dollarin kursu bu gun valyuta xeberleri