ABB binasında Libraff

ABB binasında Libraff®ABB-nin törəmə şirkəti olan "ABB İnvest" investisiya şirkətinin və Bankın "Cəfər Cabbarlı" filialının binasının açılışı olub. Bina Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi 40C ünvanında yerləşir.
ABB-nin yeni korporativ simasına uyğun qurulmuş binadakı ən maraqlı yeniliklərdən biri burada kitab mağazasının da olmasıdır. Bank "Cəfər Cabbarlı" filialı daxilində "Libraff" mağazalar şəbəkəsinin yeni satış mərkəzinin açılmasına şərait yaradıb. Beləliklə, ABB müştəriləri "Cəfər Cabbarlı" filialında həm Bankın məhsul və xidmətlərindən yararlana, həm də yeni nəşrlərlə tanış olub kitablar ala bilərlər. Bu, bir korporativ sosial məsuliyyət layihəsidir. Binanın açılışı tədbirində ABB və "Libraff" rəhbərliyi ilə yanaşı, ölkəmizin tanınmış yazarlarından bir neçəsi də iştirak edib.
Unudulmaz ədibimiz Cəfər Cabbarlının adını daşıyan bank filialında həm də kitab mağazasının olması Bankın vətəndaşlıq məsuliyyəti dəyərindən irəli gəlir. ABB müştərilərdə yeni təcrübələr formalaşdırır, innovativ texnologiyaları onların həyatının mərkəzinə gətirir. Eyni zamanda kitab oxumaq kimi ənənəvi vərdişlərin də qorunaraq inkişaf etdirilməsinə çalışır. Belə maraqlı layihələr cəmiyyətimizdə faydalı meyllərin yayılıb populyarlaşmasına kömək göstərir.
Bizneslərin, eləcə də fərdi müştərilərin maliyyə xidmətlərinə olan bütün ehtiyaclarının təmin edilməsi üçün "Cəfər Cabbarlı" filialında hər cür şərait yaradılıb. Filialda müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi müxtəlif xidmətlərdən faydalanmaq mümkündür. Müştərilər, investorlar burada "ABB İnvest" şirkətinin təqdim etdiyi investisiya imkanlarından da yararlana bilərlər.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar. / banker.az

Banklar     Tarix: 16 sentyabr 2025

Oxşar xəbərlər

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"


iqtisadi xeberler biznes xeberleri valyuta kurslari birbank bitkoin