ABB-dən yenilik – süni intellekt almaq istədiyin evin qiymətini öyrənməyə dəstək olur

ABB-dən yenilik – süni intellekt almaq istədiyin evin qiymətini öyrənməyə dəstək olur®Ölkəmizdə ipoteka bazarının lideri olan ABB özünün ABB Home plaftormasını (abbhome.az) təqdim edib. Platformanın yaradılmasında məqsəd ipoteka ilə ev almaq istəyənlərin vaxtına qənaət, prosedurları sürətləndirmək, ipoteka ilə bağlı bütün xidmətləri bir platforma üzərindən təqdim etməkdir. 
ABB Home getdikcə təkmilləşdiriləcək və beynəlxalq təcrübəyə uyğun olaraq ölkəmizdə rəqəmsal ipoteka ekosistemi kimi formalaşdırılacaq. 
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
ABB Home-da ipoteka kreditləri ilə bağlı bütün suallara cavab tapmaq olar. Belə ki, müştərilər burada şəxsi məlumatlarını daxil edərək özlərinə düşə biləcək kredit məbləğini hesablaya, ipoteka krediti verən ABB filiallarının ünvanını öyrənə, ipoteka kabineti vasitəsilə sənədlərini onlayn şəkildə yükləyib ipoteka krediti üçün müraciət prosesini buradan apara bilərlər. Müştərilərin sadəcə kredit rəsmiləşdirilməsi mərhələsində bank filialına yaxınlaşmaları kifayətdir.
ABB ipoteka krediti ilə mənzil almaq istəyənlər üçün ABB Home platformasında süni intellekt modelləri əsasında çalışan "Əmlakın qiymətini öyrən" alətini də təqdim edib. Beləliklə, müştərilər platforma üzərindən Bakı şəhəri ərazisində yerləşən mənzillərin qiymətini də öyrənə bilirlər. Hazırda burada, əsasən, mənzillərin təxmini qiymətləri təqdim edilir. Yaxın zamanlarda alət daha da təkmilləşdiriləcək, həyət evi, torpaq və digər daşınmaz əmlak növlərinin də qiymətini öyrənmək olacaq. Qiymətlər açıq məlumat mənbələri əsasında süni intellekt tərəfindən təxmin edilir. 
ABB daxili ipoteka kreditlərini müştərilərə 10%-dən başlayan illik faiz dərəcəsi ilə, minimum 15% ilkin ödənişlə, 25 ilədək müddətə təklif edir. Kreditin maksimal məbləği 500 000 manata qədərdir.
ABB çoxsaylı tikinti şirkətləri ilə tərəfdaşlıq edir. ABB Home istifadəçiləri Bankın partnyor tikinti şirkətləri və onların mənzil layihələri haqqında da ətraflı məlumat əldə edə, həmin tikinti şirkətlərinin inşa etdiyi binalardan sadələşdirilmiş, çox əlverişli şərtlərlə təmirli, yaxud təmirsiz mənzillər ala bilərlər. 
ABB-nin daxili ipoteka kreditləri ilə həm yeni və köhnə tikililərdə mənzillər, fərdi yaşayış evləri, o cümlədən bağ evləri, həm də torpaq sahələri almaq mümkündür. Bu, müştərilərə geniş və sərfəli seçim imkanı yaratmaqla yanaşı, ölkəmizdə tikinti biznesinin inkişafına da töhfə verir. 
Xaricdə yaşayan və xarici ölkələrdən əməkhaqqı alan Azərbaycan Respublikası vətəndaşlarına da ABB-nin daxili ipoteka kreditindən yararlanmaq imkanı yaradılıb.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən, ABB mobile tətbiqindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar. / banker.az

Banklar     Tarix: 11 oktyabr 2024

Oxşar xəbərlər

"Azərbaycan Beynəlxalq Bankı"Orta Asiya və Afrikada maliyyə təşkilatlarına yatırım edə bilər

"Azərbaycan Beynəlxalq Bankı" (ABB) Orta Asiya və Afrika ölkələrində maliyyə təşkilatlarına investisiya edə bilər. Bunu bu gün keçirilən mətbuat konfransında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib

Mərkəzi Bank: Lombardlarla bağlı normativ-hüquqi baza razılaşdırılır

Azərbaycanda lombardlarla bağlı normativ-hüquqi baza razılaşdırma mərhələsindədir. Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib. "Bu sektora da tənzimləmə gətiriləcək

Mərkəzi Bank valyuta əməliyyatlarının aparılması qaydalarında dəyişiklik edib

Azərbaycan Mərkəzi Bankı rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlarının aparılması qaydalarında dəyişiklik edib. Dəyişikliklər əsasən xaricə edilən avans ödənişləri ilə bağlı tələbləri əhatə edir. xəbər verir ki

"Əgər bir şəxsin kartına gündə 50 dəfə pul daxil olursa, bu, şübhə oyatmalıdır. Şübhəli əməliyyatlar yoxlanılmalıdır"

"Azərbaycanda "Card to card" dövriyyəsi inanılmaz dərəcədə böyükdür". Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib. "Bəzən gün ərzind

Ziraat Bank Azərbaycan "Human vs AI" mövzusunda tədbirə dəstək oldu

Ziraat Bank Azərbaycanın dəstəyi, Women Bankers Club-un təşkilatçılığı ilə "Human vs AI: Competition or Cooperation?" mövzusunda tədbir keçirilib. 5 may tarixində ADA Universitetində keçirilən tədbirdə müxtəli

Bankda səhmdar dəyişikliyi işdən çıxarılmaya əsas ola bilərmi? – Ali Məhkəmədən mühüm qərar

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsinin halları ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib

Yelo Bank-ın Summer Challenge 2026 təcrübə proqramına qeydiyyat başladı

Yelo Bank karyera pillələrini inamla addımlamaq istəyən dinamik gənclər üçün qapılarını açır. Bankın hər il böyük maraqla qarşılanan "Summer Challenge 2026" təcrübə proqramına qeydiyyat başladı. Bu proqram tələb

ABB-nin Özbəkistan bankının nəzarət səhm paketini alması üzrə əqdin dəyərinin 100 milyon dollardan çox olacağı proqnozlaşdırılır

ABB səhmdarlarının qərarı ilə Özbəkistanın "Davr Bank"ından nəzarət səhm paketinin alınması barədə razılıq əldə olunub. Müqaviləyə əsasən, ABB bankın 51%-ni əldə etməyi planlaşdırır. Bunu bu gün keçirilən mətbua

"TuranBank"da yeni təyinat olub

"TuranBank" ASC-də yeni kadr dəyişikliyi baş verib. xəbər verir ki, Ramin Qasımov "TuranBank" ASC-nin Risklərin İdarə Edilməsi Departamentinə yeni direktor təyin edilib. O, bu vəzifədə Asif Əzizovu əvə


iqtisadi xeberler investisiya dollar manat kursu bitcoin telefonla pul qazanmaq