ABB iqlim dəyişikliyinin təsirləri ilə bağlı hesabat yaydı
ABB ölkəmizin ev sahibliyi edəcəyi COP29 ərəfəsində daha bir maraqlı hesabat yayıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Hesabat "İqlim dəyişikliyinin təsirləri və nəticələri" adlanır. Burada iqlim dəyişikliyinin əsas səbəbləri, onun qlobal və yerli səviyyədəki təsirləri barədə ətraflı məlumat verilib.
İqlim dəyişikliklərinin ayrı-ayrı aspektləri, o cümlədən su resursları, atmosfer çirklənməsi və s. istiqamətlər üzrə geniş təhlillər aparılıb. İqlim dəyişikliyi səbəbindən Azərbaycanda quraqlıq riskinin artması və şirin su ehtiyatlarının azalması, buna rəğmən son onilliklərdə ölkədə atmosferə buraxılan çirkləndirici maddələrdə azalma meylinə xüsusi diqqət yetirilib. Bununla bağlı müqayisəli göstəricilər təqdim olunub.
Hesabatda iqlim dəyişikliyinin Azərbaycan iqtisadiyyatına təsirləri geniş təhil edilib. Araşdırmada iqlim dəyişikliyinin qlobal iqtisadiyyata təsirləri, inkişaf etməkdə olan ölkələrə iqlim maliyyəsi axını, YSDD istiqraz bazarının inkişafı, enerji transformasiyası və s. bu kimi məsələlərlə bağlı da zəngin məlumatlar var. Hesabatda həmçinin iqlim dəyişikliyinin bank sektoruna təsirləri ilə bağlı informasiyalar təqdim edilir.
Maraqlı tərəflər üçün faydalı olan bu cür araşdırma-hesabatların hazırlanması bir çox xarici bankların geniş istifadə etdiyi təcrübədir. Azərbaycanda bu təcrübəni ilk dəfə məhz ABB tətbiq edib. ABB-nin silsilə hesabatları ilə buradan tanış ola bilərsiniz. / marja.az

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Biznes plan necə yazılır?
Dünyanın ən çox maaş verən şirkətləri
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Necə Bitcoin almaq olar?
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?