ABB mobile istifadəçilərinin sayı 1 milyonu ötdü

ABB mobile istifadəçilərinin sayı 1 milyonu ötdü®ABB-nin mobil bank əlavəsi olan ABB mobile tətbiqindən istifadə edənlərin sayı 1 milyonu ötüb. Tətbiqin 1 milyonuncu istifadəçisi 54 yaşlı Əzət Hacıyevaya ABB-nin hədiyyəsi təqdim olunub. Əzət Hacıyeva Bakıdakı idman klublarından birinin əməkdaşıdır. İki övladı, iki nəvəsi var. ABB mobile tətbiqini Bankın Nizami filialında olarkən bank əməkdaşının tövsiyəsi ilə yükləyib. Bir neçə dəfə istifadə edəndən sonra onun əksər bank xidmətlərindən yararlanmaq üçün nə qədər rahat olduğunu görüb. Əzət Hacıyeva ABB mobile tətbiqindən istifadəni hamıya məsləhət görür: "Ətrafımda çoxları ABB mobile-dən istifadə edirdilər. Onun imkanlarından danışırdılar. Maraqlı idi, amma nə gizlədim, mənə bir az çətin gəlirdi. İndi isə görürəm ki, nə qədər sadə və rahatmış. Adam hər yaşda belə faydalı yeniliklərə öyrəşməlidir".
Təxminən iki il əvvəl istifadəyə verilmiş ABB mobile tətbiqi mütəmadi olaraq təkmilləşdirilir. Ona yeni funksiyalar, imkanlar əlavə edilir. Bu tətbiq vasitəsilə cəmi bir neçə toxunuşla bir çox ödənişləri (dövlət ödənişləri, kommunal, mobil rabitə, internet, televiziya və s.), bank əməliyyatlarını aparmaq, kart hesablarını idarə etmək, bank məhsullarını, o cümlədən kreditləri onlayn sifariş vermək mümkündür. Tətbiq istifadəçiləri ABB mobile vasitəsilə apardıqları ödənişlər zamanı Faydalar toplayaraq onları pula, yaxud hədiyyələrə dəyişə bilirlər. Tətbiqə qoşulmaq və istifadə pulsuzdur. ABB mobile-ı buradan yükləmək olar.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. / banker.az

Banklar     Tarix: 21 sentyabr 2022

Oxşar xəbərlər

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Azərbaycan Rusiyaya bank hesabları barədə məlumat verəcək

Azərbaycan və Rusiya arasında vətəndaşların bank hesabları, əmlakı, gəlirləri və digər aktivləri barədə məlumat mübadiləsi aparılacaq. Rusiya Prezidenti Vladimir Putin MDB ölkələri arasında məhkəmə qərarlarının məcburi icras

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

PAŞA Həyat-ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova: "İdman hər kəs üçün bərabər imkan olmalıdır

"PAŞA Həyat"ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova ilə şirkətin "EDJC 2026"nın (Eşitmə Məhdudiyyətli İdmançıların Avropa Cüdo Çempionatı) baş sponsoru olması ilə əlaqədar müsahibə. - Ülviyyə xanım

Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir – ağacəkmə aksiyasında iştirak etdi

Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərini öz fəaliyyətində daima əsas tutan Bank of Baku ekoloji layihələrdə fəal iştirakını davam etdirir. Belə ki, Bank of Baku Zəfər Günü ərəfəsində 4 noyabr tarixind

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə


iqtisadi xeberler bitkoin qiymeti kripto avtomobil xeberleri valyuta kurslari