ABB müştərilərə yaşıl sertifikatlara investisiya imkanı yaradır
ABB və İsveçrənin Crossinvest Şirkətlər Qrupu arasında COP29 çərçivəsində müqavilə imzalanıb.
Müqavilə İsveçrə birjasında (SIX Swiss Exchange) Yaşıl Aktiv İdarəolunan Sertifikatın (Green AMC) yerləşdirilməsi üzrə əməkdaşlığı nəzərdə tutur.
Crossinvest Şirkətlər Qrupu İsveçrənin aktivlərin idarə edilməsi sahəsində tanınmış investisiya qurumlarındandır. Şirkətin investisiya məsləhətçiliyi və təşkilatçılığı ilə ABB üçün İsveçrə Birjasında (SIX Swiss Exchange) 10 milyon ABŞ dolları məbləğində, ortalama AA- investisiya reytinqinə malik yaşıl sertifikatlardan ibarət Aktiv İdarəolunan Sertifikat (Green AMC) yerləşdiriləcək.
İmzalanma tədbiri zamanı ABB-nin İdarə Heyəti sədrinin müavini, Baş maliyyə inzibatçısı Nəbi Əliyev bildirib ki, bu əməkdaşlıq sayəsində yerli maliyyə bazarlarına tamamilə yeni investisiya məhsulları təqdim ediləcək. Eyni zamanda, yerli investorlar üçün yaşıl investisiya sahəsində yeni imkanlar yaranacaq: "İsveçrə Birjasında belə bir sertifikat yerləşdirildikdən sonra, ABB-nin fiziki və korporativ müştərilərinin bu yaşıl sertifikata investisiya etmək imkanı olacaq".
Bu investisiya imkanı müştərilərə ABB İnvest şirkəti vasitəsilə təklif ediləcək.
Crossinvest şirkətlər qrupunun rəhbər heyətinin üzvü və inkişaf etməkdə olan ölkələr üzrə rəhbəri Fəqan Nağıyev bildirib ki, Azərbaycan maliyyə bazarında bir ilk olacaq bu layihə ABB-nin dayanıqlı inkişafa və yaşıl investisiya prinsiplərinə sadiqliyini göstərir.
Şirkətin Baş investisiya direktorunun müavini Daniel Wuest isə belə bir anlaşmanın İsveçrə və Azərbaycan maliyyə institutları arasında əməkdaşlığı yeni inkişaf mərhələsinə yüksəldəcəyinə əmin olduğunu vurğulayıb.

/ marja.az

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Biznes plan necə yazılır?
Dünyanın ən çox maaş verən şirkətləri
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Necə Bitcoin almaq olar?
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?