ABB Naxçıvan sahibkarları üçün güzəştli kredit imkanları yaradır
®Sahibkarların etibarlı tərəfdaşı olan ABB maliyyə resurslarının ölkəmizin bütün
regionlarında iş adamları üçün əlçatan olması üçün ardıcıl tədbirlər həyata keçirir. ABB
ilə Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs
arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Əməkdaşlıq çərçivəsində yerli sahibkarlara
Bizneslərini inkişaf etdirmək üçün güzəştli kreditlər veriləcək.
ABB-nin nümayəndə heyətinin Muxtar Respublikaya səfəri zamanı Naxçıvan Biznes Mərkəzində görüş keçirilib. Bölgədə biznesin inkişafı üçün birgə fəaliyyət imkanları
dəyərləndirilib. ABB təmsilçiləri Biznes Mərkəzində yerli istehsal məhsullarının sərgisi ilə də tanış olublar.
Bankın korporativ biznes üzrə Baş direktoru Nərgizxanım Biləndərli qeyd edib ki, ABB-nin Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlığı regionda real sektorun inkişafına töhfə verəcək: "Yerli sahibkarların maliyyə resurslarına çıxış imkanları genişlənəcək. Onlar güzəştli şərtlərlə kreditlər əldə edəcəklər. Naxçıvanda fəaliyyət göstərən iş adamları ABB-nin Naxçıvan filialına müraciət edərək bu imkanlardan faydalana bilərlər". ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. / banker.az

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
CV hazırlayarkən buraxılan 5 səhv
SWIFT nədir?
Biznesə aid ən yaxşı 10 kitab
Bill Qeyts kimdir?
Biznes təlimlər və tədris üsulları