ABB-nin dəstəyi ilə keçirilmiş "EY İlin İş Adamı Müsabiqəsi"nin qalibi seçildi
®ABB-nin baş sponsorluğu, bp-nin maliyyə tərəfdaşlığı ilə EY Azərbaycan şirkətinin təşkil etdiyi "EY İlin İş Adamı Müsabiqəsi"nin qalibi seçilib.
Müsabiqənin builki qalibləri "Berry Blues by We Grow" şirkətinin təsisçiləri İlyas Əhmədov və Mehri Əhmədova olublar. Onlar 19 finalçı arasından seçiliblər. Qaliblər Azərbaycanı Monakoda – müsabiqənin beynəlxalq mərhələsində təmsil edəcəklər.
Münsiflər heyətinin üzvləri xüsusi nominasiyalar üzrə qalibləri də müəyyən ediblər: "Enerji keçidi həlləri" nominasiyası üzrə Orxan Məmmədov (Green Life Enginnering); "Ən yaxşı müştəri həlli nominasiyası" üzrə Rüfət Babakişiyev (Crocusoft); "Ətraf mühitə töhfə" nominasiyası üzrə Samir Kərimov (APAR); "İnnovasiya" nominasiyası üzrə Ülvi Aslanov (Code Academy); "Kənd təsərrüfatında inkişaf" nominasiyası üzrə Müşfiq Hüseynov (AZSAFFRON); "Qadın sahibkarlığı" nominasiyası üzrə Günay Mustafayeva (MedLife Hospital); "Regional inkişaf" nominasiyası üzrə Bəxtiyar Hüseynov (Eel Electric).
"EY İlin İş Adamı Müsabiqəsi" ölkəmizdə 7 ildir keçirilir və ABB 7-ci ildir ki, ardıcıl olaraq bu müsabiqəyə dəstək verir. "EY İlin İş Adamı Müsabiqəsi" yenilikçi düşüncə tərzi, uğur qazanmaq iradəsi və cəmiyyətə müsbət təsir göstərmək məqsədi ilə fəaliyyət göstərən sahibkarları bir araya gətirən nüfuzlu, unikal proqramdır. Ötən 7 ildə bu müsabiqə Azərbaycanda 90-dan çox sahibkarı birləşdirən geniş icmaya çevrilib.
Proqramın tərəfdaşları sırasında APFM, "Finansist" jurnalı, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO da var.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür. / banker.az

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb
Dünyanın ən zəngin idmançıları
Biznes təlimlər və tədris üsulları
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Ən çox gəlir gətirən onlayn bizneslər
Dropshipping nədir?