ABB-nin dəstəyi ilə sahibkarlar üçün tədbir keçirilib
®ABB-nin Sahibkarlar Klubunun dəstəyi, Azərbaycan Korporativ İş Adamları Birliyinin AKİAB Akademiyasının təşkilatçılığı ilə sahibkarlar üçün tədbir keçirilib. Pullman otelində təşkil edilən tədbir "Ənənəvi və müasir idarəetmə sistemləri" mövzusuna həsr olunub.
Ölkəmizdə fəaliyyət göstərən müxtəlif biznes qurumlarının təmsilçiləri burada öz təcrübələrini bölüşüblər. İdarəetmə, satış, rəqəmsallaşma, marketinq, françayzinq və s. mövzularda maraqlı təqdimatlar olub. Biznesdə yeni idarəetmə həllərinə diqqət yönəlib. İştirakçılara ABB-nin Sahibkarlar Klubunun fəaliyyəti barədə də geniş məlumat verilib. Tədbirdə EY Azərbaycan şirkətinin təmsilçiləri də iştirak edərək sahibkarlara "EY İlin İş Adamı" müsabiqəsində fəal iştirakı təklif ediblər.
ABB-nin Korporativ biznes üzrə Baş direktoru Nərgizxanım Biləndərli qeyd edib ki, sahibkarlar arasında korporativ əlaqələrin qurulması, təcrübə mübadiləsi məqsədilə bu cür faydalı layihələr davam etdiriləcək: "ABB olaraq biz ölkəmizdə biznes ekosisteminin inkişafına yönəlmiş təşəbbüsləri dəstəkləyirik. Bizneslərə maliyyələşmə istiqamətindən əlavə digər sahələrdə də kömək göstərməyə çalışırıq. Bankımızın Sahibkarlar Klubunun əsas məqsədlərindən biri budur".
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. / banker.az

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Kino biletləri də ABB mobile tətbiqində
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Elon Musk kimdir?
5 liderlik göstəricisi
Biznes nədir?
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Biznes təlimlər və tədris üsulları