ABB-nin dəstəyi ilə Ümumrespublika Biznes Oyununun qalibləri seçildi

ABB-nin dəstəyi ilə Ümumrespublika Biznes Oyununun qalibləri seçildi®ABB-nin, Gənclər və İdman Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin  tərəfdaşlıq dəstəyi ilə keçirilən "Gənc Fermer" Ümumrespublika Biznes Oyununun final mərhələsi başa çatıb. Finalda 6 komanda mübarizə aparıb. Münsiflərin yekun rəyi ilə "Bakı" komandası yarışın qalibi olub. Komanda təqdim etdiyi "AqroSmart" layihəsi ilə qalib gəlib. "AgroApp" komandası (Gəncə) ikinci, "Üzümçü" komandası (Göygöl) üçüncü yerə çıxıb. 
Mükafatlandırma mərasimində Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, ABB-nin İdarə Heyəti sədrinin müavini Taleh Tahirli də iştirak edib. 
Layihə Aqrar İnkişaf Könüllüləri Təşkilatının təşəbbüsü ilə həyata keçirilib. "Gənc fermer" Ümumrespublika Biznes Oyunu 2 mərhələdə təşkil olunub. Birinci mərhələdə yarışa qatılmış hər bölgədən 1 qalib komanda müəyyənləşib. Sonra həmin komandalar final mərhələsində yarışıblar. Belə bir layihədə məqsəd gənclərin aqrar biznes sahəsində bilik və bacarıqlarının artırılması, yaradıcı təşəbbüslərinin dəstəklənməsidir. Müxtəlif mükafatlarla yanaşı, qaliblərə ayrı-ayrı qurumlarda peşəkar təcrübə imkanı da yaradılacaq. 
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. / banker.az

Banklar     Tarix: 15 noyabr 2022

Oxşar xəbərlər

Türk İnkişaf Bankı yaradıla bilər

Türk dövlətləri üçün ortaq İnkişaf Bankının layihəsi hazırlanıb. xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbər, paytaxt Ankaradan millə

Azərbaycanın Gürcüstana investisiyası 48% artıb

Azərbaycanın Gürcüstan iqtisadiyyatına yönəltdiyi birbaşa investisiyaların həcmi 2026-cı ilin ilk yarısında illik müqayisədə 47,7% artaraq 114 milyon dollara çatıb. Ötən ilin eyni dövründə bu göstərici 77,1 milyon dolla

Azərbaycanın turizmdən gəlirləri 21% azalıb – İlk yarımildə 748 mln. dollar

Azərbaycanın turizm xidmətləri üzrə dövriyyəsi 2026-cı ilin ilk altı ayında illik müqayisədə 14,7% azalaraq 1,4 milyard dollar təşkil edib. Buna baxmayaraq, ölkənin turizm xidmətləri üzrə gəlirləri xərclərini üstələyib v

"PAŞA Bank"ın səhmdar strukturu dəyişib

"PAŞA Bank" ASC-nin səhmdar strukturunda 2026-cı ilin ilk yarısında mühüm dəyişiklik baş verib. "PAŞA Holding" MMC-nin Bankdakı birbaşa payı artıq görünmür, onun yerini yeni yaradılmış "PASHA Financia

Bir ekosistemi qızların təhsilinə dəstəyini davam etdirir: "Arzumuz var!" proqramı ilə daha 6 gənc tələbə adını qazanıb

Bir ekosistemi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi "Arzumuz var!" təqaüd proqramına dəstək verməyə davam edir. Proqramın məqsədi Bakı və bölgələrdən olan qızların al

"Ziraat Bank Azərbaycan" enerji effektivliyi layihələri üçün güzəştli maliyyələşməyə başlayıb

Bank Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə cari ilin aprel ayında imzalanmış strateji əməkdaşlıq müqaviləsi çərçivəsində Enerji Effektivliyi Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə başlayıb

ABŞ-dən Azərbaycana pul köçürmələri 11% azalıb

2026-cı ilin ilk yarısında ABŞ-dən Azərbaycana fiziki şəxslər tərəfindən $46,5 milyon pul köçürülüb. Bu, ötən ilin eyni dövründəki $52,1 milyonla müqayisədə 10,7% azdır. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki

"Sizin Lombard" ödənişləri "M10"-da ®

Sizin Lombard müştərilərinin Lombard krediti ödəniş prosesini daha rahat və operativ etmək məqsədilə yeni ödəniş imkanını istifadəyə verib. Artıq müştərilər kredit ödənişlərini M10 vasitəsilə, evdən çıxmadan, rahat həyat

İrlandiyadan Azərbaycana pul köçürmələri 7 dəfədən çox artıb

2026-cı ilin ilk 6 ayında xaricdən Azərbaycana fiziki şəxslərin göndərdiyi pul baratlarının ümumi məbləği 40.2% artaraq 748.46 milyon dollara çatıb. Ötən ilin müvafiq dövründə bu göstərici 533.96 milyon dollar təşkil etmişdi


iqtisadi xeberler bitkoin dollar kursu valyuta kurslari leobank kart