ABB-nin gəlir və mənfəətində artım davam edir – İRİ BANK SON VƏZİYYƏTİNİ AÇIQLADI

ABB-nin gəlir və mənfəətində artım davam edir – İRİ BANK SON VƏZİYYƏTİNİ AÇIQLADI"ABB" ASC (Azərbaycan Beynəlxalq Bankı) 2023-cü ilin ilk 6 ayını (yanvar-iyun) 164 milyon 38 min manat xalis mənfəətlə başa vurub. Bank ötən ilin eyni dövrünü 118 milyon 417 min manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, ABB-nin xalis mənfəəti 2023-cü ilin ilk 6 ayında ötən ilin ilk 6 ayı ilə müqayisədə 45 milyon 620 min manat və ya 38,5% artıb. Xalis mənfəətin artması əsasən faiz gəlirlərinin artmasından qaynaqlanır.
HƏM FAİZ, HƏM QEYRİ-FAİZ GƏLİRLƏRİ ARTIB 
Marja.az xəbər verir ki, 2023-cü ilin birinci yarısında ABB-nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri)133 milyon 668 min manat və ya 39,8% artaraq 469 milyon 164 min manat təşkil edib. 2022-ci ilin birinci yarısında ABB-nin cəmi əməliyyat gəlirləri 335 milyon 496 min manat təşkil etmişdi.
2023-cü ilin birinci yarısında ABB-nin faiz gəlirləri 122 milyon 570 min manat artaraq 376 milyon 426 min manat, qeyri-faiz gəlirləri isə 11 milyon 98 min manat artaraq 92 milyon 738 min manata yüksəlib.
2023-cü ilin birinci yarısında ABB-nin cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 64 milyon 480 min manat və ya 39.9% artaraq 224 milyon 571 min manat təşkil edib. 2022-ci ilin birinci yarısında ABB-nin cəmi əməliyyat xərcləri 160 milyon 491 min manat təşkil etmişdi.
2023-cü ilin birinci yarısında ABB-nin faiz xərcləri 29 milyon 311 min manat artaraq 64 milyon 972 min manata, qeyri-faiz xərcləri isə 34 milyon 769 min manat artaraq 159 milyon 599 min manata yüksəlib.
ABB 2023-cü ilin birinci yarısını 244 milyon 593 min manat əməliyyat mənfəəti ilə bağlayıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 69 milyon 588 min manat çoxdur. Bank ötən ilin eyni dövrünü 175 milyon 4 min manat əməliyyat mənfəəti ilə başa vurmuşdu.
ABB 2023-cü ilin birinci yarısında əməliyyat mənfəətindən mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 29 milyon 790 min manat ayırıb (2022-ci ilin eyni dövründə 35 milyon 372 min manat ayırmışdı). Həmçinin Bankın əməliyyat mənfəətindən 50 milyon 766 min manat mənfəət vergisi hesablanıb.
KREDİT PORTFELİ 4,2 MİLYARD MANATA YAXINLAŞIB
Cari ilin ilk 6 ayında ABB-nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) 657 milyon 354 min manat və ya 18,6% artaraq 4 milyard 187 milyon 936 min manata çatıb. Ötən ilin sonunda Bankın kredit portfeli 3 milyard 350 milyon 582 min manat təşkil etmişdi. O cümlədən, Bankın biznes kreditləri portfeli 343 milyon 338 min manat artaraq 1 milyard 981 milyon 275 min manata, ipoteka kreditləri portfeli isə 126 206 min manat artaraq 1 milyard 46 milyon 143 min manata yüksəlib.
30 iyun 2023-cü il tarixində ABB 11 milyard 749 milyon 456 min manat cəmi aktivlərə malik olub. 
ƏHALİNİN DEPOZİTLƏRİ 112 MİLYON MANATDAN ÇOX ARTARAQ 2 MİLYARD MANATI KEÇİB
Cari ilin ilk 6 ayında ABB-də cəmi depozitlər 2 milyard 97 milyon 386 min manat və ya 19.75% azalaraq 8 milyard 524 milyon 966 min manata düşüb. O cümlədən, hüquqi şəxslərin depozitləri 2 milyard 209 milyon 485 min manat və ya 25,4% azalaraq 6 milyard 505 milyon 787 min manata düşüb, fiziki şəxslərin depozitləri isə 112 milyon 100 min manat və ya 5,9% artaraq 2 milyard 19 milyon 179 min manata çatıb.
MƏCMU KAPİTALI 1,6 MİLYARDA MANATA YAXINLAŞIB
30 iyun 2023-cü il tarixində ABB 1 milyard 568 milyon 317 min manat məcmu kapitala malik olub. Yarım il ərzində ABB-nin I dərəcəli kapitalının adekvatlıq əmsalı 19.39%, məcmu kapitalının adekvatlıq əmsalı 21.35% təşkil edib. Beləliklə, Bankın kapital adekvatlığı göstəriciləri tənzimləyici orqanın müəyyən etdiyi normalardan (müvafiq olaraq sistem əhəmiyyətli banklar üçün 6% və 12%)  yüksək qalmaqdadır.
31 dekabr 2022-ci il tarixində ABB-nin məcmu kapitalı 1 milyard 385 milyon 105 min manat təşkil edirdi.
BANK SƏHMDARLARINA 156.6 MİLYON MANAT DİVİDEND ÖDƏYİR
Həmçinin qeyd edək ki, ABB ASC-nin Səhmdarlarının növbəti Ümumi Yığıncağının 03.07.2023-cü il tarixli qərarına əsasən, Bankın 2022-ci ildə əldə edilmiş mənfəətindən 156.6 milyon manat məbləğində vəsaitin Bankın səhmdarlarına dividend şəklində ödənilməsinə dair qərar qəbul edilib. Dividendin 150 milyon manatı dövlət büdcəsinə ödənilib. 
1992-ci ildən fəaliyyət göstərən "ABB" ASC-nin nizamnamə kapitalının 96,59%-i dövlət müəssisələrinə məxsusdur.
ABB-nin gəlir və mənfəətində artım davam edir – İRİ BANK SON VƏZİYYƏTİNİ AÇIQLADIABB-nin gəlir və mənfəətində artım davam edir – İRİ BANK SON VƏZİYYƏTİNİ AÇIQLADIABB-nin gəlir və mənfəətində artım davam edir – İRİ BANK SON VƏZİYYƏTİNİ AÇIQLADI

Banklar     Tarix: 13 iyul 2023

Oxşar xəbərlər

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin


iqtisadi xeberler en son xeberler biznes xeberleri bitkoin almaq valyuta kurslari