ABB-nin ipoteka krediti ilə "Gəncə Park City"-də mənzil sahibi olun
®ABB Gəncə şəhərində sərfəli ipoteka şərtləri ilə mənzil sahibi olmaq istəyənlər üçün də gözəl fürsət yaradıb. Bank "Gəncə Park City" ilə tərəfdaşlıq əsasında bu şəhərdə ipoteka layihəsinə start verib.
"Gəncə Park City"-də mənzil almaq arzusunda olan müştərilər ABB-nin ipoteka krediti ilə istəklərini reallaşdıra bilərlər. Bu, ABB-nin regionda həyata keçirdiyi ilk mənzil krediti layihəsidir. Belə bir imkan rəsmi gəlirə malik hər kəs üçündür.
İpoteka kreditinin şərtləri:
Məbləğ: 300 000 manatadək
Müddət: 20 ilədək
İlkin ödəniş: 20%
İllik faiz dərəcəsi: 11%
22 hektarlıq ərazini əhatə edən "Gəncə Park City" layihəsi fərqli yaşayış komplekslərini, uşaq bağçası, məktəb, otel, biznes, kommersiya, fitnes mərkəzlərini, kafe ve restoranları özündə birləşdirir.
Yaşayış kompleksi müasir dünyada məşhur olan "Şəhər içində şəhər" konsepti əsasında tikilir. Hazırda layihənin birinci mərhələsinin inşaat işləri gedir. Bu mərhələdə 9 ədəd 13, 14, 16 mərtəbəli binalardan ibarət 750 mənzil tikiləcək.
ABB-nin sərfəli ipoteka krediti şərtləri ilə buradan tanış ola və kredit üçün onlayn müraciət edə bilərsiniz.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi , 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür. / banker.az

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
Dünyanın ən varlı 10 adamı
SMM nə deməkdir?
Elon Musk kimdir?
McDonalds haqqında maraqlı faktlar
Dünyanın TOP-5 bahalı geyim şirkətləri