"ABB" okeandan toplanmış plastik materialdan hazırlanan pulsuz kart buraxdı – Şərtlər
ABB-nin TamEco kartı müştərilərə təqdim edilib.
Banker.az-ın məlumatına görə, kart tam ekoloji material olmaqla dünya okeanından toplanmış təkrar emal olunan plastik materialdan hazırlanıb. TamEco kartı sifariş verdiyiniz zaman hər karta görə bir ağac əkiləcək.
KARTIN HANSI ÜSTÜNLÜKLƏRİ VAR?
TamEco kartın ön tərəfi debet, arxa tərəfi isə kredit kartıdır. Müştəri gələcəkdə kredit limitinin açılması üçün müraciət etdikdə, müştərinin kredit limitinin həmin kartda açılması nəzərdə tutulmuşdur. 5 illik kart rəqəmsal kanallardan sifariş edildikdə pulsuz, filiallardan sifariş edildikdə 10 AZN-dir. Fiziki şəxslərə hər valyuta üzrə (AZN/USD/EUR) maksimum 1 ədəd olmaqla verilir.
KEŞBEK
ABB-ə məxsus POS və Elektron Kommersiya terminallarında retail tipli əməliyyatlara – 2% keşbek, Digər retail tipli əməliyyatlar – 1% keşbek gəlir. Kommunal ödənişlər, mobil operator ödənişləri, vergi/gömrük, dövlət və sığorta ödənişləri, maliyyə institutlarına ödənişlər, kredit ödənişləri, KartTransfer, Unique cash, Quasi cash ödənişləri zamanı keşbek hesablanmır. Kartın hər iki tərəfi ilə ayrılıqda ay ərzində qazanılan maksimal keşbək məbləği 300 AZN təşkil edir.
NAĞDLAŞDIRMA
Ölkədaxili bütün ATM-lərdə nağdlaşdırma və bütün kartlara köçürmə pulsuzdur (debet üzü). Nağdlaşdırma və bütün kartlara köçürmə limiti birlikdə aylıq 7 000 AZN-dək pulsuzdur, 7 000 AZN-dən yuxarı isə 1% (min. 1 AZN və ya ekv.) komissiya tutulur.
QALIĞA GƏLİR
ABB mobile-da qeydiyyatdan keçirilmiş kartdakı qalığa illik 7% hesablanıb ayın sonunda kart hesabına köçürülür. Qalığa faiz vəsaitin minimum 200 AZN-dən maksimum 2 500 AZN-dək hissəsinə və yalnız AZN valyutalı kartlarda hesablanır.


Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
"iPhone 15" modelinin üstünlükləri
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Onlayn biznes ideyaları
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Startup nədir və necə olur?