ABB səhmdarlarının növbəti ümumi yığıncağı qiyabi səsvermə qaydasında keçiriləcək

ABB səhmdarlarının növbəti ümumi yığıncağı qiyabi səsvermə qaydasında keçiriləcək"Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin (bun­dan sonra "ABB" ASC) idarə heyəti nəzərinizə çatdırır ki, 2023-cü il mayın 30-da keçirilməsi planlaşdırılan səhmdarların növbəti ümumi yığıncağı 3 iyul 2023-cü il saat 15.00-da Bakı şəhəri, Nizami küçəsi 67 nömrəli ünvanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-3.2-ci maddəsinə və "ABB" ASC-nin nizamnaməsinin 8.10-cu maddə­sinə əsasən qiyabi səsvermə qaydasında keçiriləcəkdir.
Banker.az xəbər verir ki, ümumi yığıncağın gündəliyində heç bir dəyişiklik edilməmişdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-3.2-ci maddəsi­ni və "ABB" ASC-nin nizamnaməsinin 8.10-cu bəndini nəzərə alaraq qeyd edirik ki, ümumi yığıncağın gündəliyindəki məsələlərə münasi­bətinizi dəqiq və şərtsiz bildirmək (lehinə, əleyhinə və bitərəf) və imza­nız qanunvericilikdə müəyyən olunmuş qaydada (notarial və s.) təsdiq edilmək, habelə şəxsiyyət vəsiqənizin surətini təqdim etmək şərti ilə sizə ünvanlanmış bülleten formasını dolduraraq qapalı zərfdə Bakı şəhəri, Nizami küçəsi 67 nömrəli ünvana 2023-cü il iyulun 3-dək gön­dərməklə səsvermədə qiyabi iştirak edə bilərsiniz.
Nəzərinizə çatdırırıq ki, yuxarıda qeyd olunan qaydada təqdim edil­miş zərflərin açılışı ümumi yığıncağın keçirildiyi gün bankın korporativ katibi tərəfindən həyata keçiriləcəkdir.

Banklar     Tarix: 02 iyun 2023

Oxşar xəbərlər

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib


iqtisadi xeberler en son xeberler dollar kursu bank faizleri biznes qurmaq