ABB səhmlərini alanlar məmnun olacaqlar – 6 AYDA 200 MİLYONA YAXIN XALİS MƏNFƏƏT

ABB səhmlərini alanlar məmnun olacaqlar – 6 AYDA 200 MİLYONA YAXIN XALİS MƏNFƏƏT"ABB" ("Azərbaycan Beynəlxalq Bankı" ASC) 30 iyun 2024-cü il tarixində cari ilin birinci yarımili üzrə konsolidə edilmiş maliyyə hesabatlarını açıqlayıb. Konsolidə edilmiş və təhlil olunmuş maliyyə hesabatı "ABB"-nin maliyyə nəticələri ilə bərabər, onun törəmə şirkətlərinin - "ABB-Moskva" Bankının, "ABB-GEO" QSC-nin, "Azərikard" MMC-nin, "Beynəlxalq Lizinq Şirkəti" MMC-nin və "ABB-İnvest İnvestisiya Şirkəti" QSC-nin (birlikdə Qrup) maliyyə göstəricilərini də əks etdirir. Qeyd edək ki, ABB qrupunun 6 aylıq nəticələrini qlobal audit, konsaltinq, vergi və əməliyyat xidmətləri şirkəti olan EY təhlil edib.
Marja.az hesabatlara istinadən xəbər verir ki, ABB Qrupunun xalis mənfəəti 2024-cü ilin ilk 6 ayında (yanvar-iyun) ötən ilin eyni dövrü ilə müqayisədə 33 milyon 597 manat və ya 20,6% artaraq 196 milyon 801 min manat təşkil edib. Bank 2023-cü ilin ilk 6 ayında 163 milyon 204 min manat xalis mənfəət əldə etmişdi.
GƏLİRLƏRİ ARTIB
ABB Qrupunun 2024-cü ilin ilk 6 ayında cəmi faiz gəlirləri 89 milyon 972 min manat və ya 24,2% artaraq 461 milyon 447 min manat, haqq və xalis komissiya gəlirləri isə 11 milyon 947 min manat və ya 17% artaraq 80 milyon 896 min manat təşkil edib. 
Müqayisə olunan dövrdə ABB-nin müştərilərə verilmiş kreditlərdən faiz gəlirləri 105 milyon 282 min manat və ya 48,8% artaraq 320 milyon 907 min manat təşkil edib.
ABB Qrupunun 2024-cü ilin ilk 6 ayında qiymətli kağızlara investisiyalardan gəliri 9 milyon 887 min manat və ya 19,9% artaraq 59 milyon 493 min manat təşkil edib. Ötən ilin ilk 6 ayında Bankın qiymətli kağızlara investisiyalardan gəliri 49 milyon 606 min manat olmuşdu. 
ABB-nin 2024-cü ilin yanvar-iyun dövründə əməliyyat mənfəəti 247 milyon 116 min manat, mənfəət vergisi xərci 50 milyon 315 min manat təşkil edib. Bank keçən ilin eyni dövründə 204 milyon 692 min manat əməliyyat mənfəəti əldə etmiş və 41 milyon 488 min manat mənfəət vergisi hesablanmışdı.
BÖYÜKLÜYÜ 14 MİLYARD MANATA YAXINLAŞIB
ABB Qrupu 30 iyun 2024-cü il tarixində 13 milyard 684 milyon 768 min manat cəmi aktivlərə malik olub. Qrup ötən ilin sonunda 13 milyard 929 milyon 329 min manat cəmi aktivlərə malik idi.
KREDİT PORTFELİ 5,7 MİLYARD MANATA YAXINLAŞIB
ABB Qrupu tərəfindən müştərilərə verilmiş kreditlər ötən ilin sonu ilə müqayisədə 756 milyon 432 min manat və ya 15,4% artaraq 30 iyun 2024-cü il tarixində 5 milyard 666 milyon 435 min manata çatıb.
QİYMƏTLİ KAĞIZLARA YATIRIMLARINI KƏSKİN ARTIRIB
ABB Qrupunun 2024-cü ilin ilk 6 ayında qiymətli kağızlara investisiyaları 665 milyon 923 min manat və ya 32,4% artaraq 2 milyard 718 milyon 192 min manata yüksəlib.
MÜŞTƏRİ HESABLARINDA 10 MİLYARD MANATA YAXIN VƏSAİT VAR
30 iyun 2024-cü il tarixində ABB-dəki müştəri hesablarında vəsaitlər 9 milyard 536 milyon 42 min manat təşkil edib.
Xəbər verdiyimiz kimi, 24 sentyabr 2024-cü il tarixində ABB-nin yeni səhmlərinin yerləşdirilməsi yekunlaşdırıb. ABB səhmlərinə 33 mindən çox investor 50 min ədədə yaxın sifariş yerləşdirib və bütün sifarişlər icra olunub. Beləliklə, ABB-nin səhmdarlarının sayı 1,794 nəfərdən 35 105 nəfərə qədər artıb. Səhmlərin yerləşdirilməsindən sonra Bankda özəl səhmdar payı 7,8%-ə qədər artıb, dövlətə məxsus pay isə 92,2%-ə düşüb.
ABB 2023-cü ilin mənfəətindən 2024-cü ildə səhmdarlarına 185 milyon manat dividend ödəyib. 2023-cü ildə səhmdarlara ödənilən dividend isə 156,6 milyon manat olub.
ABB səhmlərini alanlar məmnun olacaqlar – 6 AYDA 200 MİLYONA YAXIN XALİS MƏNFƏƏTABB səhmlərini alanlar məmnun olacaqlar – 6 AYDA 200 MİLYONA YAXIN XALİS MƏNFƏƏT

Banklar     Tarix: 02 oktyabr 2024

Oxşar xəbərlər

BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) problemli kreditləri ilə əlaqədar yeni qaydaların hazırlanması üzərində işləyir. Bunu AMB-nin Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarə

"AccessBank" 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə tenderin vaxtını uzadıb ®

"AccessBank" QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə elan olunan tenderin vaxtını uzadıb. Tenderdə iştirak etməkd

Bu müəssisələrin rəqabətli neytrallığı qiymətləndiriləcək – Dövlət bankları istisnadır

Azərbaycanda dövlət müəssisələrinin fəaliyyətində rəqabətli neytrallıq prinsiplərinin tətbiqi qiymətləndiriləcək və bu sahənin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq. xəbər verir ki, bu, Prezident İlham Əliyevi

ABB "Davr-Bank"la sövdələşməni tamamlayıb

Azərbaycan Beynəlxalq Bankı (ABB) Özbəkistanın "Davr-Bank" ASC-də nəzarət payının alınması üzrə əməliyyatı başa çatdırıb. xəbər verir ki, bu barədə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyini

Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib

Biznes sahibləri üçün yeni fürsət – kredit müddətinin son 100 günü faizsiz!. Ölkəmizdə sahibkarlığın inkişafına xüsusi önəm verən Bank Respublika, sahibkarların maliyyə imkanlarını genişləndirmək və bizneslərinin inkişafın

"Bank Respublika" "AccessBankı" aldıqdan sonra aktivləri ₼4,5 milyarda çatacaq

"Bank Respublika" və "AccessBank"ın planlaşdırılan birləşməsindən sonra formalaşacaq bankın ümumi aktivləri 4,5 milyard manata, kredit portfeli isə 3,3 milyard manata çatacaq. bankın məlumatına istinadə

ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya

Futbol üzrə Dünya Çempionatı dövründə böyük maraqla qarşılanmış "Qollar qazandırır!" kampaniyasının ardınca futbol mövsümü ərəfəsində  ABB yeni bir kampaniyaya start verir. "ABB Play – Master Liqa" adlana

ABB Pay-lə yeni rəqəmsal ödəniş dövrü başlandı

ABB rəqəmsal maliyyə xidmətləri sahəsində inteqrasiya proseslərini uğurla davam etdirərək müştərilər üçün yeni imkanlar yaradır. Bank innovativ rəqəmsal ödəniş üsulu olan ABB Pay-i istifadəyə verib. Yeni həll elektron ticarə

Mərkəzi Bank departamentin adını və səlahiyyətlərini dəyişib

Azərbaycan Mərkəzi Bankında (AMB) "Bazar davranışlarının tənzimlənməsi departamenti"nin adı dəyişdirilərək "Bazar davranışlarına nəzarət və tənzimləmə departamenti" olub. xəbər verir ki, yeni Əsasnam


iqtisadi xeberler bitkoin qiymeti emlak xeberleri bank faizleri dollar məzənnəsi