ABB tarixi binasının açılışını etdi

ABB tarixi binasının açılışını etdiABB-nin "Mərkəzi" filialı yenidən öz tarixi ofisində müştərilərə xidmətə başlayıb.
"Mərkəzi" filial Hacı Zeynalabdin Tağıyev küçəsi – 3 ünvanında, XX əsrin əvvəllərində məhz bank binası kimi inşa olunmuş məşhur tikilidə fəaliyyət göstərir. 
30 yanvar 2023-cü ildə binanın açılışı olub. Tədbirdə binanın tarixi haqqında məlumat verilib, bu barədə qısa film nümayiş etdirilib.  İştirakçılar binada təşkil edilmiş və bankçılıq fəaliyyətinin müxtəlif dövrlərinə dair maraqlı eksponatlar yerləşdirilmiş tarixi guşə ilə də tanış olublar.  Həmçinin müştərilərə ən yüksək səviyyədə xidmət üçün filial binasında yaradılmış imkanlar təqdim edilib. 
ABB-nin "Mərkəzi" filialının ofisi yerləşən tikilinin təməli 1903-cü ildə qoyulub. Bank üçün nəzərdə tutulduğundan fasadında "Банкъ" sözü və qədim Roma mifologiyasına görə Ticarət tanrısı sayılan Merkurinin təsviri işlənib. 1905-ci ildən burada "Societe Generale" qrupunun törəmə bankı olan Şimal Bankının Bakı şöbəsi fəaliyyətə başlayıb. 1910-1920-ci illərdə isə o dövrdə ölkənin ən böyük bankı sayılan "Rusiya-Asiya Bankı"nın Bakı şöbəsi yerləşib. 1924-cü ildən sonra binada keçmiş SSRİ Dövlət Bankının Bakıdakı kassalarından biri xidmət göstərib. Ötən əsrin 50-ci illərindən binada Kommunal Təsərrüfat və Tikinti Bankı yerləşib. 60-cı illərdə tikilinin ayrı-ayrı hissələrindən bank fəaliyyətindən kənar müxtəlif təyinatlarla istifadə edilib. Daha sonra binada SSRİ banklarından birinin Bakı kontoru fəaliyyət göstərib.
1992-ci ilin 10 yanvarında ABB yarandıqdan sonra Bankın Baş ofisi burada fəaliyyətə başlayıb. 1995-ci ildən ABB-nin "Mərkəzi" filialı bu binada müştərilərə xidməti davam etdirməkdədir. 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə bina milli əhəmiyyətli tarixi-mədəniyyət abidəsi kimi dövlət mühafizəsinə götürülüb. ABB-nin filiallarının transformasiyası layihəsi çərçivəsində daxili və xaricinin tarixi görkəmi tam qorunmaqla binada əsaslı təmir-bərpa işləri aparılıb. 
ABB-nin  İdarə Heyətinin sədri Abbas İbrahimov binanın tarixi əhəmiyyətindən danışıb: "Bu bina keçmişlə gələcək arasında vəhdət yaradır. Onun tarixi görkəmi tam qorunmaqla təmiri və açılışı xidmət ofislərimizin yenilənən simasının göstəricisidir. ABB üçün bu, yeni bir dönəmin, yeni uğurlarımızın başlanğıcıdır".    
ABB tarixi binasının açılışını etdiABB tarixi binasının açılışını etdi/ marja.az

Banklar     Tarix: 01 fevral 2023

Oxşar xəbərlər

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi! ®

Bütün dünyada bankların müxtəlif istiqamətlər üzrə nailiyyətlərini qiymətləndirən "Global Finance" jurnalı "Dünyanın ən yaxşı rəqəmsal bankları 2026" mükafatlarının qaliblərini elan edib. ABB Azərbayca

"PAŞA Bank"ın 6 aylıq mənfəəti yüksəlib: IPO-dan sonra "PAŞA Bank"dan geniş hesabat – Əsas rəqəmlər açıqlandı

"PAŞA Bank" ASC və onun törəmə şirkətini əhatə edən Qrup (PAŞA Bank Azərbaycan, PAŞA Bank Türkiyə və PAŞA Bank Gürcüstan) 2026-cı ilin ilk yarısını 96,5 milyon manat xalis mənfəətlə başa vurub. Ötən ilin eyni dövründ

"Ziraat Bank Azərbaycan" enerji effektivliyi layihələri üçün güzəştli maliyyələşməyə başlayıb

Bank Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə cari ilin aprel ayında imzalanmış strateji əməkdaşlıq müqaviləsi çərçivəsində Enerji Effektivliyi Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə başlayıb

Azərbaycan banklarına "Moody"s"dən müsbət qiymət: Sistem riskləri azalıb

"Moody"s" Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib. "Moody"s Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib

"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®

"Yapı Kredi Bank Azərbaycan" QSC Hüquq Büro xidmətinin alımı üçün tender açıq elan edir. Tenderə müraciət edilməsi üçün şikrətlər aşağıdakı şərtlərə uyğun gəlməli və qeyd edilən sənədləri qapalı zərfdə "Yap

Bir ekosistemi qızların təhsilinə dəstəyini davam etdirir: "Arzumuz var!" proqramı ilə daha 6 gənc tələbə adını qazanıb

Bir ekosistemi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi "Arzumuz var!" təqaüd proqramına dəstək verməyə davam edir. Proqramın məqsədi Bakı və bölgələrdən olan qızların al

ABŞ-dən Azərbaycana pul köçürmələri 11% azalıb

2026-cı ilin ilk yarısında ABŞ-dən Azərbaycana fiziki şəxslər tərəfindən $46,5 milyon pul köçürülüb. Bu, ötən ilin eyni dövründəki $52,1 milyonla müqayisədə 10,7% azdır. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki

"Yelo Bank"da çalışanların sayı açıqlandı

"Yelo Bank" ASC 2026-cı ilin II rübünün yekunlarına əsasən işçi heyətinin dinamikasını açıqlayıb. bu barədə bankın yarımillik hesabatına istinadən xəbər verir. 2026-cı ilin martın 31-nə olan məlumata əsasən bankd

Azərbaycandan xaricə pul köçürmələri 13% azalıb

2026-cı ilin ilk 6 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi həcmi 13% azalaraq 207,88 milyon dollara düşüb. Ötən ilin müvafiq dövründə bu göstərici 238,18 milyon dolla


iqtisadi xeberler investisiya valyuta mezennesi rubl mezenne dollar kursu