ABB təcrübəsi qlobal jurnalın 100 illik yubiley buraxılışında

ABB təcrübəsi qlobal jurnalın 100 illik yubiley buraxılışında(®) Qlobal maliyyə dünyasının ən mötəbər nəşrlərindən sayılan "The Banker" jurnalının fəaliyyətə başlamasından 100 il ötür. Bu münasibətlə jurnalın yubiley nömrəsi buraxılıb. "Əsrin bankçılığı" sloqanı ilə işıq üzü görən jurnalda dünyanın aparıcı bankları ilə yanaşı, ABB haqqında da məqalə dərc edilib. Məqalə Bankın çevik fəaliyyət təcrübəsinə həsr olunub.
"Agile bankçılıq: maliyyə institutları yeni dövrə necə uyğunlaşa bilər?" sərlövhəli məqalədə qeyd edilir ki, rəqəmsallaşma prosesləri, artan müştəri gözləntiləri və süni intellekt reallığı ilə bağlı olaraq artıq bütün dünyada banklar öz fəaliyyətlərinə yenidən baxmaqdadırlar. Belə bir mühitdə dəyişikliklərə sürətlə uyğunlaşa bilmək banklar üçün əsas məsələdir.
ABB-nin təcrübəsi buna uğurlu nümunə sayıla bilər. Son illərdə Bank 100-dən çox rəqəmsal məhsul təqdim edib. Satış, risk idarəçiliyi, müştərilərlə kommunikasiya və s.  sahələrdə 80-dən çox süni intellekt modelinin tətbiqinə başlayıb. Bunun nəticələri isə həm əməliyyat səmərəliliyində, həm də müştəri təcrübəsində özünü göstərir. Banka yeni müştərilərin 65%-i artıq rəqəmsal kanallar vasitəsilə cəlb olunur. Bu da rəqəmsal bankçılığa keçidin güclü göstəricisidir.
Agile təcrübə sayəsində ABB məhsulun bazara çıxma müddətini 147 gündən 59 günə qədər endirib. Bankda işçi məmnunluğu 84,2-ə, müştəri məmnuniyyəti isə 76,9-a yüksəlib. Belə bir nəticə Azərbaycanın bank sektorundakı ən yüksək göstəricilərdəndir. ABB-nin əldə etdiyi bu irəliləyişlər, təşkilati çevikliyin məhsulun sürətli çatdırılmasına, komandanın güclənməsinə, yaxşı müştəri təcrübəsinin yaranmasına necə müsbət təsir göstərdiyini nümayiş etdirir.
Əsl çeviklik texnologiyadan da çox, düşüncə tərzi və davranışlarla bağlıdır. ABB məhz buna nail olaraq xidmətlərini rəqəmsal ekosistemlərə daxil edə bilib.
"The Financial Times" qrupuna aid olan "The Banker" jurnalı 1926-cı ildən nəşr edilir. Baş  ofisi Londonda yerləşir. Jurnal bütün dünyada yayılır. Onun əsas oxucu auditoriyası bank və maliyyə qurumlarının, tanınmış şirkətlərin menecerləri, beynəlxalq kapital bazarlarının fəal iştirakçılarıdır.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi , 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür. / marja.az

Banklar     Tarix: 11 fevral 2026

Oxşar xəbərlər

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Azərbaycan bankları əmanətlərə görə 1 milyard manatdan çox faiz ödəyib

Azərbaycandakı banklar 2026-cı ilin yanvar-sentyabr ayında cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 1 milyard 130 milyon manatlıq faiz ödəyiblər. Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərclər

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını


iqtisadi xeberler valyuta mezennesi investisiya emlak xeberleri dollar kursu