Abdulbari Gözəlin oğlu bankın rəhbərliyinə təyinat alıb

Abdulbari Gözəlin oğlu bankın rəhbərliyinə təyinat alıb"Azərbaycan Sənaye Bankı" ASC-nin  Müşahidə Şurasının sədri dəyişib.
Banker.az-ın əldə etdiyi məlumata əsasən, "Azersun Holdinq" MMC-yə yaxın olan kommersiya bankının səhmdarlarının qərarı ilə Ahmad Gozal (Əhməd Gözəl) Müşahidə Şurası sədri təyin edilib.
Ə.Gözəl Abdolbari Gozalın (Abdulbari Gözəl) oğludur. O bu vəzifədə A.Gozalın digər övladı Zeynab Konyarı əvəzləyəcək.
İndi bankın Müşahidə Şurasında Heydaranlou Firouzi,  Alireza Ziyad oğlu və Hakan Şirin Ali üzvdürlər.
Hakan Şirin Ali 2022-ci ilin yanvarında bankın Müşahidə Şurasına üzv seçilmişdi. Bundan əvvəl A.Gozalın digər qızı Leyla Kurt bu vəzifədə idi.
Qeyd edək ki, bankın İdarə Heyətinin daimi sədri hələ ki, təyin edilməyib.
ASB Bank 1996-cı ildə yaradılıb və 60 mln. nizamnamə kapitalına sahibdir.
Kapitalında 98.43%-i "Anadolu Investment Company"ə, 1.00%-i A.Gozalın digər qızı Leyla Gozal Kurta və 0.57%-i isə  "Azərbaycan Sənaye Lizinq" şirkətinə məxsusdur.
ABDULBARİ GÖZƏL KİMDİR?
Abdulbari Gözəl 23 avqust 1949-cu ildə İranın Maku şəhərində, Cəlali qəbiləsindən Rza ağanın ailəsində dünyaya gəlib. Daha sonradan isə buradan Türkiyənin Muş əyalətində yaşayan nənəsinin yanına köçmüşdür. O 1956–1961-ci illərdə ibtidai təhsilini Türkiyədə başa vurduqdan sonra, 1962–1965-ci illərdə orta təhsilini İranda tamamlamışdır.
Daha sonradan iş həyatına başlayan gənc Abdulbari Gözəl babasının yanında qida ticarəti ilə məşğul olur. 1968-ci ildə isə ticarət həcmini böyüdərək onu 50–60 milyon dollara qədər yüksəldir.
Fəal iş həyatı yaşayan bu şəxs 1981-ci ildə İran İslam İnqilabından sonra Türkiyənin paytaxtı Ankaraya gəlir və buradan İsveçrəyə getməyi planlaşdırır. Lakin bu zaman Turqut Özalın təkidi ilə Türkiyədə qalır və Ankarada "Etsun A.Ş." adlı bir şirkət yaradır.
1992-ci ilə qədər BƏƏ, Türkiyə, İran, İraq, Suriya, İordaniya kimi ölkələrdə müxtəlif şirkətlər yaradaraq iş fəaliyyətini birləşdirməyi planlaşdırırdı. Bu şirkətləri birləşdirmək və onlar arasındakı əlaqəni təmin etmək üçün Abdulbari Gözəl 1994-cü ildə Dubayda "Intersun Holding" adlı şirkətlər qrupunu yaratmışdır.
Bundan başqa o, Azərbaycan və Gürcüstana da qida məhsullarının ixracı ilə məşğul olub. 1992-ci ildən etibarən Azərbaycan və Gürcüstanda öz şirkətinin rəsmi şöbəsini yaradır.
Qida sahəsindən başqa Abdulbari Gözəl 1980-ci ildə İran və Türkiyədə neft ticarətinə başladı. 2002-ci ildən etibarən isə bu fəaliyyət Bakıda neft terminalı və Dübəndi neft terminalı vasitəsiylə Xəzər neftinin Gürcüstana daşınmasından ibarətdir. Hal-hazırda isə İsveçrə və Dubayda neft və neft məhsullarının ticarəti ilə məşğul olan şirkətlərə sahibdir.
Bununla əlaqədar olaraq, hazırda Dubay, İsveçrə, Türkiyə, Azərbaycan, Gürcüstan, Rusiya, İraq, Əfqanıstanda Intersun Holding-in himayəsi altında 14 ayrı-ayrı milliyyətə sahib insanlar bir ailə kimi işləməkdədir.
Azersun Holding-də onun Bakıda yaratdığı şirkətlərdən biridir. Şirkət 1997-ci ildə yaradılıb. Holdinq qida, idman və maliyyə sektorunda fəaliyyət göstərir.

Banklar     Tarix: 03 oktyabr 2022

Oxşar xəbərlər

Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir – ağacəkmə aksiyasında iştirak etdi

Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərini öz fəaliyyətində daima əsas tutan Bank of Baku ekoloji layihələrdə fəal iştirakını davam etdirir. Belə ki, Bank of Baku Zəfər Günü ərəfəsində 4 noyabr tarixind

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

"Yelo Bank"ın İdarə Heyətinin yenidən təyinatına baxılacaq

"Yelo Bank" ASC-nin səhmdarları dekabrın 3-də keçiriləcək növbədənkənar ümumi yığıncaqda İdarə Heyətinin sədrinin və üzvlərinin vəzifələrinə yenidən təyin olunması məsələsinə baxacaqlar. bankın bildirişinə istinadə

Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir

Xalq Bank müştərilərin premium kart üstünlüklərindən daha rahat və sərfəli şərtlərlə yararlanması məqsədilə yeni kampaniyaya start verib. Belə ki, müştərilər kampaniyadan yararlanmaqla Mastercard Black Edition və Visa Infinit

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir

Access2Success layihəsi bu il beşinci dəfə qadın sahibkarları bir araya gətirir. AccessBank-ın təşəbbüsü və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən proqram qadınların biznes biliklərin

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı


iqtisadi xeberler dollar mezenne iqtisadiyyat xeberleri biznes ideyalari biznes xeberleri