AccessBank COP29 çərçivəsində ilk Maliyyə Dayanıqlığı Hesabatını təqdim edib

AccessBank COP29 çərçivəsində ilk Maliyyə Dayanıqlığı Hesabatını təqdim edibAzərbaycanın aparıcı kommersiya banklarından olan AccessBank, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ilk Maliyyə Dayanıqlığı Hesabatını təqdim edib. Bank təqdim etdiyi hesabatda şəffaflıq, sosial və ekoloji təsir, eləcə də davamlı inkişaf prinsiplərinə sadiqliyini vurğulayıb.
AccessBank COP29 çərçivəsində ilk Maliyyə Dayanıqlığı Hesabatını təqdim edibBankın yaydığı məlumatda bildirilir ki, hesabatda AccessBank-ın maliyyə dayanıqlığı sahəsində əldə etdiyi nailiyyətlər və strateji təşəbbüsləri təqdim edilib. Xüsusilə, davamlı və yaşıl maliyyələşdirmə, risklərin idarə edilməsi, sosial məsuliyyət və ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi sahəsində atılan addımlar və təşviq edilən təşəbbüslər ön plana çıxarılıb.
Hesabatla daha ətraflı tanış olmaq üçün linkə keçid edin: Sustainability Report
Təqdimatdan sonra "ESG İnteqrasiyası: Yaşıl maliyyə və məsuliyyətli bankçılıq vasitəsilə dayanıqlı artımın təmin edilməsi" mövzusunda panel müzakirələri keçirilib.
Müzakirələrdə spikerlər qismində AccessBank-ın İdarə Heyəti Sədrinin Müavini və Baş Maliyyə İnzibatçısı Orxan İsmayılov, Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya ölkələrində özəl sektorun inkişafı üzrə regional rəhbəri Enriko Pinali və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz ölkələri üzrə regional rəhbəri Alkis Vriyenios Drakinos iştirak ediblər.
Beynəlxalq maliyyə institutlarının nümayəndələri AccessBank-ın şəffaf və dayanıqlı maliyyə hesabatlılığının tətbiqi sahəsindəki səylərini dəstəkləyib, təqdim edilən hesabatın yüksək səviyyədə hazırlanmasını qeyd edib və regionun maliyyə sisteminin inkişafı üçün bu cür təşəbbüslərin vacibliyini vurğulayıblar. Bundan əlavə, maliyyələşmənin gələcək imkanları və subordinasiyalı kreditlərin maliyyə inklüzivliyinin artırılması istiqamətindəki əhəmiyyəti müzakirə edilib.
Hesabatın təqdim edilməsi AccessBank üçün səhmdarlar və tərəfdaşlar arasında etimadın gücləndirilməsi və davamlı inkişaf prinsiplərinin bankın strategiyasına inteqrasiyası baxımından mühüm bir addım olub.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. 
*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir. 
AccessBank COP29 çərçivəsində ilk Maliyyə Dayanıqlığı Hesabatını təqdim edibAccessBank COP29 çərçivəsində ilk Maliyyə Dayanıqlığı Hesabatını təqdim edibAccessBank COP29 çərçivəsində ilk Maliyyə Dayanıqlığı Hesabatını təqdim edibAccessBank COP29 çərçivəsində ilk Maliyyə Dayanıqlığı Hesabatını təqdim edib

Banklar     Tarix: 15 noyabr 2024

Oxşar xəbərlər

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs


iqtisadi xeberler dollar mezenne online pul qazanmaq pul qazanmaq bitkoin