AccessBank-da kart əməliyyatları bərpa olundu
AccessBank kart əməliyyatları ilə bağlı yaranmış müvəqqəti texniki çətinliyin aradan qaldırıldığını açıqlayıb.
Bankın yaydığı məlumata görə, AccessBank kartları üzrə əməliyyatlar artıq yenidən əlçatandır və müştərilər kartlardan əvvəlki qaydada istifadə edə bilərlər.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Müvəqqəti çətinlik aradan qaldırıldı. Kart əməliyyatlarımız artıq əlçatandır. İndi AccessBank kartlarından rahatlıqla faydalana bilərsiniz", - deyə bankın açıqlamasında bildirilir.
Qeyd edək ki, AccessBank bundan əvvəl texniki çətinliklərlə əlaqədar kart əməliyyatlarının müvəqqəti əlçatan olmayacağı barədə müştərilərinə məlumat vermişdi.
Azərikard da açıqlama yaydı
Kart hesablarında baş vermiş hallarla bağlı Azərikard Prosessinq Mərkəzi də açıqlama yayıb.
Azərikard bildirib ki, 24 iyun 2026-cı il tarixində qurumun xidmət göstərdiyi bankların bəzi müştərilərinin kart hesablarında yaranmış vəziyyət banklararası hesablaşma fayllarının emalı zamanı baş vermiş təkrarlanmalarla əlaqədardır.
Açıqlamada qeyd olunur ki, bu hal Azərikard-dan asılı olmayan texniki səbəbdən yaranıb.
"Təkrarlanmış əməliyyatlar ləğv edilərək hesablar tədricən bərpa olunmaqdadır. Məsələ yaxın zamanlarda tam həllini tapacaq", - deyə Azərikard bildirib. / marja.az

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
ZARA-nın uğur hekayəsi
Digital Card nədir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
SMM nə deməkdir?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?