AccessBank-dan yeni sahibkarlar üçün 50%-ə qədər endirim kampaniyası
®Sizin yerli Avropa bankınız – AccessBank biznes müştəriləri üçün əlverişli endirim kampaniyasına start verir.
Kampaniya çərçivəsində yeni biznes müştəriləri üçün dərc edilmiş komissiyalar əvəzinə ölkə daxilinə yalnız internet bankinq üzrə olan köçürmələr üçün 0.04% (min.0,4 AZN – max. 50 AZN), ölkə xaricinə hər köçürmə əməliyyatı üzrə isə 0.15% (min. 30 USD ekv. – max. 200 USD ekv.), eləcə də nağd vəsaitin verilməsi üzrə 0.3%, MyCard Business kartının sifarişi üçün isə cəmi 10 AZN komissiya təklif edilir.
Sahibkarlar üçün hər valyutada ilk biznes hesabının açılması komissiyasızdır. Əmək haqqı layihələri üzrə əmək haqqı kartları – ödənişsizdir.
Ölkədə sahibkarlıq fəaliyyətinə dəstək üçün nəzərdə tutulan yeni, müştəriyönümlü kampaniyamız 1 aprel 2024-cü ilə qədər qüvvədədir.
AccessBank-ın yeni müştərisi olmaq üçün bankın filiallarına müraciət etmək və ya linkdəki forumu doldurmaq kifayətdir. Məhsul haqqında əlavə məlumatları accessbank.az saytından, Bankın sosial media hesablarından (Facebook, Instagram, LinkedIn) , həmçinin 151 Əlaqə mərkəzinə zəng edərək əldə etmək mümkündür.
Artıq 21 ildir Azərbaycanın bank sektorunda fəaliyyət göstərən AccessBank, 25 oktyabr 2002-ci il tarixində Mərkəzi Bank tərəfindən verilmiş 245 saylı lisenziya əsasında Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında fəaliyyət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 14-ü Bakıda, 18-si bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir. / banker.az

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Ən çox gəlir gətirən onlayn bizneslər
ZARA-nın uğur hekayəsi
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Onlayn biznes ideyaları