AccessBank əməkdaşları Sahibkarlığın İnkişafı Fondunun müsabiqəsində qalib oldular
(®) Sahibkarlığın İnkişafı Fondunun sənaye sahələrində fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlərin verilməsinin stimullaşdırılması məqsədi ilə keçirdiyi müsabiqədə AccessBank əməkdaşları birinci və ikinci yerlərə layiq görülüblər.
Sahibkarlığın İnkişafı Fondu güzəştli kreditlərinin verilməsində aktiv iştirak edən kredit mütəxəssisləri arasında 01.03.2023-01.07.2023-cü il tarixlərində "Sənayenin inkişafına dəstək" adlı müsabiqə keçirib. Müsabiqənin şərtlərinə əsasən sahibkarlara daha çox sayda və həcmdə kredit vermiş, 2-si AccessBank əməkdaşı olmaqla, 3 mütəxəssis qalib elan olunub. Qaliblər pul mükafatı və sertifikatla təltif olunublar.
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 14-ü Bakıda, 16-sı bölgələrdə olmaqla, 30 filialı fəaliyyət göstərir.
Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.
*AccessBank QSC xidmətlərini Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 25 Oktyabr 2002-ci il tarixli, 245 nömrəli lisenziya əsasında təqdim edir və Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir. / marja.az

"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®
Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif
"Bank of Baku"da növbədənkənar yığıncaq keçiriləcək – istiqraz məsələsi gündəmdə
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
AMB maliyyə qruplarına da nəzarət edəcək
Bir ekosistemi qızların təhsilinə dəstəyini davam etdirir: "Arzumuz var!" proqramı ilə daha 6 gənc tələbə adını qazanıb
"Bank Respublika"da növbədənkənar yığıncaq keçiriləcək
ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi! ®
Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər
Bank of Baku subordinasiya istiqrazları buraxmağa hazırlaşır – səhmdarlar növbədənkənar toplanır
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Green Card nədir və onu necə əldə etmək olar?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Layihə menecmenti nədir?