AccessBank gənc sahibkarlara 45 milyondan çox biznes krediti ayırıb
(®) Azərbaycanda mikromaliyyələşdirmə lideri olan AccessBank mikro, aqro, kiçik və orta sahibkarlara dəstək olmaqda davam edir. 20 ildir bizneslərin inkişafına töhfə verən bank həm də gənc sahibkarlar nəslinin formalaşmasına yardım edir.
Təkcə 2022-ci ildə AccessBank 18-30 yaş aralığında olan 4 minədək sahibkara ümumilikdə 45 milyondan çox biznes krediti ayırıb.
Biznes dəstəyi ilə yanaşı AccessBank gənclərə həm də karyera imkanları yaradır. Bank mütəmadi olaraq Bankirlər, Riteyl Bankirlər və KOB (SME) Məktəbi layihələrini, həmçinin təcrübə proqramlarını reallaşdırır. Layihələrin əsas məqsədi gəncləri bankçılığa cəlb etmək, gələcəyin liderlərini yetişdirmək və onları işlə təmin etməkdir. Hazırda AccessBank əməkdaşlarının təqribən 40%-ni məhz gənc kadrlar (18-30 yaş aralığı) təşkil edir.
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda, 16-sı bölgələrdə olmaqla, 31 filialı fəaliyyət göstərir.
Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar. / marja.az

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
"iPhone 15" modelinin üstünlükləri
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Onlayn biznes ideyaları
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Startup nədir və necə olur?