AccessBank Naxçıvanda
(®)AccessBank filial şəbəkəsini genişləndirməkdə davam edir.
Bank, yaranmasının 20-ci ildönümündə sayca 30-cu filialını Naxçıvan şəhərində açıb.
Yeni filial şəhərin mərkəzində - Gənclər şəhərciyində, Əziz Əliyev 17 küçəsində yerləşir.
Yeni açılmış Naxçıvan filialında müştərilərə əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, valyuta mübadiləsi və s. bank xidmətləri təklif olunur.
Açılışda iştirak edən AccessBank və Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsinin rəhbərliyi ölkənin mikromaliyyələşdirmə lideri olan Bankın Naxçıvanda filial açmasını yerli iş mühiti və biznes üçün, xüsusən də mikro və aqro sahələrinin inkişaf etdirilməsində əhəmiyyətini vurğulayıblar.
AccessBank-ın İdarə Heyətinin Sədri Davit Tsiklauri bildirib ki, Bank bizneslərə dəstək missiyasına sadiqdir: "Azərbaycanda biznes mühitinin, xüsusilə də MKOB-ların inkişafı bizim üçün priotet məsələlərdir. Xüsusilə Naxçıvan kimi böyük potensiala malik regionun biznes mühitinin inkişafı, istər pərakəndə, istərsə də mikro-aqro sahədə yeni imkanların yaradılması əsas missiyamızdır."
Mərkəzi Bankın Naxçıvan MR İdarəsinin Sədri Elçin Əliyev: "AccessBank-ın Naxçıvan filialının fəaliyyətə başlaması münasibətilə bankın rəhbərliyini və kollektivini təbrik edirəm. Filialın fəaliyyətə başlamasının Muxtar Respublikada real sektorun inkişafı, həmçinin əhalinin bank məhsul və xidmətlərinə çıxış imkanlarının daha da genişləndirilməsi və banklararası rəqabət mühitinin daha da artırılması baxımından böyük əhəmiyyəti olduğunu düşünürəm."



/ marja.az

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Swift nədir?
Biznes plan necə yazılır?
Dropshipping nədir?
ƏDV geri al və onun üstünlükləri
Bitcoin necə işləyir?