AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir

AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir® AccessBank, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə tərəfdaşlıq çərçivəsində, qadın sahibkarların biznes və idarəetmə bacarıqlarının inkişafına yönəlmiş Access2Success layihəsini 5-ci dəfə həyata keçirir.
Artıq ənənəvi təşəbbüsə çevrilən layihə çərçivəsində altı həftə ərzində iştirakçılar biznesin idarə olunması, maliyyə savadlılığı, marketinq, strateji planlaşdırma, satış və biznesin inkişafı üzrə praktiki təlimlərdə iştirak edəcəklər. Proqram sahibkarlara əldə etdikləri bilikləri gündəlik fəaliyyətlərində tətbiq etmək üçün faydalı alətlər və yeni yanaşmalar qazandırmağı hədəfləyir.
İştirakçılar eyni zamanda digər qadın sahibkarlarla təcrübə mübadiləsi aparmaq, yeni peşəkar əlaqələr qurmaq və bizneslərinin inkişafı üçün yeni imkanlar əldə etmək şansı qazanacaqlar.
Access2Success-də iştirak etmək istəyən qadın sahibkarlar 25 oktyabr 2026-cı il tarixinədək qeydiyyatdan keçə bilərlər.  Qeydiyyat üçün link
Access2Success layihəsi ilk dəfə 2022-ci ildə həyata keçirilib. İndiyədək layihədə 200 qadın sahibkar iştirak edib. Beşinci buraxılışın keçirilməsi AccessBank-ın qadın sahibkarlığının dəstəklənməsi istiqamətində uzunmüddətli təşəbbüslərinin davamıdır.
AccessBank qadın sahibkarları öz bizneslərini inkişaf etdirmək, yeni biliklər qazanmaq və yeni imkanlar əldə etmək üçün Access2Success-ə qoşulmağa dəvət edir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və müştərilər üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat üçün bura daxil ola bilərsiniz.
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə www.accessbank.az müraciət edə bilərsiniz. 
 *AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir. / banker.az

Banklar     Tarix: 08 oktyabr 2026

Oxşar xəbərlər

Süni intellekt artıq bank sisteminə yol tapıb? 25 min müştərinin şəxsi məlumatları sızıb

Cənubi Koreyada ölkənin iri kommersiya banklarından biri olan "Shinhan Bank"a qarşı həyata keçirilmiş kiberhücumla bağlı araşdırma aparılır. "Bloomberg" və "Yonhap" agentliyinin məlumatına istinadə

Mərkəzi Bankın inzibati binasının texniki xidməti 3 milyon manata başa gələcək

Mərkəzi Bank inzibati binasının texniki xidmətinə 3 milyon manata yaxın vəsait ayırır. xəbər verir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 167 ünvanında yerləşən inzibat

Manat əmanətlərinə illik 11%-dək gəlir — Ən yüksək faizi hansı banklar verir? (oktyabr)

2026-cı ilin oktyabr ayı üzrə müqayisəyə əsasən, müddətli manat əmanətlərinə ən yüksək illik faiz dərəcəsini "Expressbank" və "TuranBank" təklif edir. Faizlərin müddətin sonunda ödənilməsi şərtilə "Expressbank"d

Əhalinin kredit borcu 21 milyard manata yaxınlaşıb – Bir ildə 2,45 milyard manat artıb

Azərbaycanda ev təsərrüfatlarına verilmiş kreditlərin həcmi artmaqda davam edir. Azərbaycan Mərkəzi Bankının "Statistik bülleten 08/2026" hesabatına istinadən xəbər verir ki, 2026-cı ilin avqust ayının sonunda bankla

50 işçisi olan şirkətlərə korrupsiya ilə bağlı yeni öhdəlik gəlir - Anonim məlumat kanalı yaratmalıdır

Azı 50 işçisi olan şirkətlər qarşısında yeni öhdəlik qoyulacaq. Bu, bu gün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarıla

Kapital Bank nümayəndələri "Sibos 2026" çərçivəsində 30-dan çox işgüzar görüş keçirib

Kapital Bank dünyanın aparıcı maliyyə institutlarını, texnologiya şirkətlərini və digər maliyyə bazarı iştirakçılarını bir araya gətirən "Sibos 2026" beynəlxalq konfransında iştirak edib. Bankın nümayəndələri tədbi

Şirkətlərin müddətli manat depozitləri bir ildə 1 milyard manatdan çox azalıb

2026-cı ilin Avqust ayının sonunda qeyri-maliyyə təşkilatlarının manatla müddətli depozitlərinin həcmi 3 milyard 375,9 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının "Statistik bülleten"inin 2026-cı ili

Yelo Bank hər ay komissiyasız investisiya həftəsi keçirəcək

Qlobal maliyyə bazarlarına çıxışı daha rahat və əlçatan edən Yelo Bank investisiya etmək istəyən müştəriləri üçün xüsusi imkan təqdim edir. Bankın rəqəmsal Yelo Invest xidməti çərçivəsində "Parlaq İnvestisiya Həftəsi"n

Rusiyada Qazaxıstanın "Freedom" qrupu ilə bağlı investorlar şikayət edir

Rusiyada "Freedom" şirkətlər qrupu ilə əlaqəli qiymətli kağızlara investisiya yatıran qapalı investisiya fondunun payçıları Rusiya Mərkəzi Bankına və prokurorluğa müraciət ediblər. Narazılığa səbəb fond paylarını


iqtisadi xeberler birbank dollarin kursu bu gun biznes krediti en son xeberler